Page 363 - Tarey Vesos_Макет 1
P. 363

Qışın son günləri
             – Yәqin ki. Bilmirәm.
             – Әlbәttә. Sәn nә bilirsәn ki! – qız kәskin tәrzdә onun sözünü
          kәsdi.
             – Bilmәk dә istәmirәm, – oğlan davam etdi, sanki qız onun
          sözünü kәsmәmişdi. – Amma indi hәr şey dәyişib, – әlavә etdi.
             – Sәn niyә getmirsәn?
             – Sәnә baxmaq istәyirәm. Mәnә elә gәlir, sәni ilk dәfә gö rü -
          rәm. Hәr şey necә dә qәribәdi.
             Oğlanın sәsindә nәsә bir tәnhalıq var idi.
             – Doğrudan, qәribәdi, – qız cavab verdi.
             Nәhayәt, oğlan:
             – Sәnin üstünü tәmizlәyәndә әllәrim dondu, – dedi. – Tamam
          qar içindәydin.
             – Doğrudan?  – sanki qızın ürәyinin sarı siminә toxunmuşdu.
             Әlavә nәsә demәk lazım idi. Hәr ikisi hiss elәyirdi ki, susmaq
          olmaz. Vә oğlan dedi:
             – Olarmı әllәrimi isidim?
             – Yox, – qız tez-tәlәsik cavab verdi.
             – Yaxşı, anladım.
             Qız özünü saxlaya bilmәyib:
             – Bayaq necә dә yaxşıydı, – dedi.
             Oğlan gözlәrini qırpmadan ona baxırdı. Fikirlәri bir-birinә
          qarışmışdı. Qәflәtәn qızın içindә bir nәvaziş hissi oyandı. Utana-
          utana:
             – Qar lap yaşdı – dillәndi.
             Oğlan baxışlarını ondan çәkib:
             – Hә, elәdi, – dedi.
             Doğrudanmı bu dәqiqә dönüb gedәcәk? Әlbәttә, o, inadkarlıq
          göstәrmәsәydi, oğlan getmәzdi.
             Qız titrәk sәslә:
             – Gedirsәn? – soruşdu.
             Oğlan nәsә mızıldandı vә ardınca üzücü sükut yarandı. Yox,
          o getmәmәlidi.
             – Dedin ki, әllәrin donub, – qız yenidәn titrәk sәslә dillәndi:
             – Hә, nә olsun? – oğlanın eyni açılmışdı.

                                    363
   358   359   360   361   362   363   364   365   366   367   368