Page 359 - Tarey Vesos_Макет 1
P. 359

Qışın son günləri
          boynunun ardından bağladığı oğlan şapkasının üzәrinә, ümu -
          miyyәtlә, özünә yer elәyә bildiyi hәr tәrәfә düşürdü. Qız başdan-
          ayağacan qar içindәydi.
             Uçan qarı müşahidә elәyib әmin oldu ki, bu yağıntı onun da
          üstünә düşür. Әlbәttә, düşür. Özü dә tәrpәnmәk lazım deyil.
          Hәtta belә daha yaxşıdı: qara batmağıma yox, başqalaşmağıma
          görә. Bu axşam hәr şey tamam fәrqli olacaq.
             Qoy o, bura gәlәndә mәni tanıya bilmәsin.
             Qız hәmin o qәmli, çuqun heykәl kimi donub-qalmışdı,
          tәrpәnmirdi. Bu sәrgәrdan heykәl tәk-tәnhaydı, qızda isә hәyat
          qaynayırdı.
             O gәlәnәcәn belәcә dayanıb-duracam. O axı bu heykәl kimi
          dәmirdәn deyil, әtdәn-qandandı, diridi. Soruşacaq – bu, sәnsәn?
          Yoxsa gördüyüm yalnız qardı?
             Qız get-gedә daha da isinirdi.
             Qardı da, özüycün yağır.
             İlk dәfәydi, görüş yeri tәyin etmişdilәr. Әsas da bu idi. Bu
          axşamdan da, bu qardan da mühüm olan bu idi.
             Görәn, mәni nә gözlәyir? Qız xәyal edirdi.
             Necә adamdı? Demәk olar, onun haqqında heç nә bilmirәm.
          Cәmi bir neçә dәfә görmüşәm, vәssalam.
             Ürәyi hәyәcanla döyündü.
             Yox, hәr halda, onu tanıyıram. Nә qәdәr lazımdı, o qәdәr dә
          görmüşәm.
             Qara әhәmiyyәt vermәdәn qarşıda onu gözlәyәn görüş barәdә
          düşünürdü.
             Özünü necә aparacaq?
             Salamlaşıb әlimdәn tutacaq.
             Hә, әlbәttә! Bәs sonra?
             Tap görüm, necә tapırsan?
             Bәlkә, mәni qucaqlayacaq? Bilirәm, onlar hamısı belә elәyir.
          Mәnә dә az yaxınlaşmayıblar. Amma onları yadıma belә salmaq
          istәmirәm. İndi hәr şey tamam fәrqli olacaq.
             Bu axşam hәr şey istәdiyim kimi olacaq.
             Hansı hәr şey?

                                    359
   354   355   356   357   358   359   360   361   362   363   364