Page 355 - Tarey Vesos_Макет 1
P. 355
Nağıl
mәşğul idi. Bu ömürdә yaxşı nә vardısa, hamısını çalağan kimi
dartıb qoparmaq istәyirdi. Görәn, hәyatında yaxşı günlәr çoxmu
olmuşdu? Hә, nәsә olmuşdu, amma öz hәddindә.
Elә bu vaxt uşaqlar gәlib çatdılar.
Qoca o qәdәr uşaqdan birinin dә babası deyildi, amma özündә
onlara qarşı nәsә bir qan doğmalığı hiss elәyirdi. Uşaqların
addım sәslәrini eşitmәyә bәnd imiş kimi, canına tәpәr gәldi.
Hәtta birtәhәr dikәlib onları ayaq üstә qarşılamağa da özündә
güc tapdı. Uşaqların baxışlarından başa düşdü ki, nәsә qeyri-adi
bir hadisә baş verib.
Uşaqlar hәyәcandan, az qala, boğulurdular.
– Biz onun peyinini gördük, – Onunn qısa dedi.
– Amma biz, amma biz! – Knutla Siqridin heyrәtdәn gözlәri
böyümüşdü. – Biz onun özünü gördük!
Vәssalam. Amma bu, kifayәt idi. Uşaqların bu hәyәcanı elә
bil isti dalğa kimi onların arasında dayanan qocanı ağuşuna
almışdı.
Uşaqlar gözlәyirdilәr. Onlar qocanın duruxduğunu sezmişdilәr.
– Tez gedәk, – qocanı çağırdılar. İndi uşaqlar şәnlәnirdilәr.
Qoca qorxunu uşaqların canından qovub çıxarmışdı. Onun yanında
olmaq necә dә xoş idi.
– Gedәk, – qocanı tәlәsdirdilәr, – uzaqda deyil.
Bu sözlәr qoca üçün mәlhәm kimiydi. Bir anlığa da olsa,
dәrd-sәri, heysizliyi geri çәkildi. O, elә bil köhnәliyi özündәn
çırpıb yenilәşdi, tәzәdәn doğuldu.
Yarpaqların arasından axıb süzülәn günәş şüaları indi onun
da gözünü qamaşdırırdı. İndi qoca da o uşaqlardan birinә
çevrilmişdi. Uşaqlar elә hay-küy salmışdılar ki, elә bil dünyanın
axırıydı.
– Gәlirәm, gәlirәm, – onların ardınca sәndirlәyә-sәndirlәyә
gәlәn qoca cavab verirdi.
Bәli, hәmin o sığın, o möcüzәlәr möcüzәsi indi meşәnin
harasındasa gizlәnmişdi. Hәmin o nağıl varlıq indi bu dördlükdәn
vә bu uşaqların ardınca düşәn qocadan ötrü hәr şey demәk idi.
Uşaqlar qocanın әlindәn dartırdılar, tәlәsdirirdilәr, amma
bәdәninin, addımlarının nizamını dәyişә bilmirdilәr. Qoca öyrәşdiyi
355