Page 356 - Tarey Vesos_Макет 1
P. 356
Tarey Vesos
kimi yeriyirdi, amma әvәzindә, uşaqlar özlәri dә bilmәdәn onun
düşüncәlәrini, hisslәrini oyatmışdılar. İndi onun canı hәyatla
doluydu.
Bu, yenidәn doğulmaq deyilmi? – qoca bu sütül insanların
sәxavәtlә ona ötürdüklәrini hәrisliklә canına hopdura-hopdura
düşünürdü.
– Sığını görmәyincә buradan gedәn deyilik! – o, pencәyinin
qolundan, әtәyindәn dartıb çәkәn uşaqlara hәyәcandan titrәyәn
sәsiylә astaca dedi.
Artıq uşaqlar da mәsәlәnin nә yerdә olduğunu başa düşmüşdülәr.
Onunn hәr işdә dәqiqliyin tәrәfdarıydı. Ona görә dә qәti
sәslә dedi:
– Әvvәlcә, sәn peyinә baxmalısan.
Qoca başıyla razılıq verdi. Onlar bir-birlәrini sözsüz dә
anlayırdılar.
Amma qoca hәmin yerә gedib çata bilmәdi.
Sonradan baş verәnlәr qar uçqununu xatırladırdı. Hәr şey
dәhşәtli qarabasma, ovsun kimi yaddaşlarına hәkk olunur,
nәfәslәrini kәsirdi. Sonra hәr şey bitdi, qorxu ötüb-keçdi. Nәhayәt,
can rahatlığı. Amma bu hisslәri yalnız uşaqlar – pak vә sütül, hәr
yeni şey üçün tamarzı uşaqlar keçirdilәr. Qocanın vәzifәsi
bambaşqaydı. O, onların dayağı idi vә hәr zәrbәyә dözmәliydi.
Amma bu ömürdә canını o qәdәr işlәtmişdi ki, tamam köhnәlmişdi.
Günәş şüaları qızılı yarpaqların arasından ona әl uzadırdı.
Ağcaqovaqlar elә bil zәrrin nura boyanmışdı. Qoca başa düşürdü
ki, bütün bәdәni nәyinsә görüşünә dartınır. Sevinmәk istәdi,
amma bacarmadı, bu mәhrәm hissi çoxdan yadırğamışdı.
Sığın lap yaxınlıqda, buralardaydı. Qәflәtәn peyda olmuşdu.
Hava da elә bil onun qoxusuyla nәfәs alırdı. Hamı hәyәcanla
sәssizliyә qulaq kәsilmişdi. Elә bu vaxt kolluqlar sәs-küylә
aralandı vә sığın oxun yayı kimi çıxdı. O, doğrudan da, möcüzәlәr
möcüzәsiydi.
Uşaqlar çığırışdılar.
– Sığın!
– Düz üstümüzә gәlir!
356