Page 351 - Tarey Vesos_Макет 1
P. 351
Nağıl
– Biz sığını axtarırıq.
– Bilirik, o, buradadı! – Knut әn mәhrәm sirlәrini bir andaca
faş elәdi.
Qoca qәti heyrәtlәnmәdi, ona öz sirlәrini etibar etdiklәrinә
görә razılıqla başını qaldırdı.
– Elәmi? – dillәndi. – Lap yaxşı.
Onlar azca karıxdılar.
– Bizimlә gedәk! – söz Xalvorun ağzından nә tәhәr çıxdısa,
özü dә çaşıb qaldı.
– Mәgәr harasa getmәliyik? – qoca soruşdu.
Mәsәlә get-gedә qәlizlәşirdi.
Sığın...
İndi göbәlәklәri dә, davanı da yaddan çıxaran bu dörd uşağın
yeganә ümid yeri bu qoca idi. Onlar üçün nağılı yalnız o – әldәn
düşmüş, gücü tükәnmiş bu qoca dirildә bilәrdi. Bu qoca meşәnin
qapılarını taybatay açıb, bataqlıqların arasında hәmin o sirli
sığını mütlәq tapıb onlara verәcәkdi.
Qәribәydi, elә bil uşaqlar tәrәfdәn qocanı nәsә gözәgörünmәz
bir dalğa vururdu. Әvvәlcә bu dalğalar ona bekara toxunurdu,
amma sonra qocanı ağuşuna aldı, illәrin köhnәldib qocaltdığı
canını çoxdan unutduğu güclü vә gözәl vaxtlarının xatirәsiylә
diriltdi. Meşәdә sığın. Çoxdan itirilmişlәrin harayı. Qocanı
dövrәyә alan uşaqlar onu özlәriylә aparmaq istәyirdilәr. Vә o,
başa düşdü ki, sәs eşidәndә bura elә o uşaqlarla bir yerdә olmaq
ümidiylә gәlib.
Uşaqlarla qocanın arasındakı mәsafә elә bil qığılcım verdi.
Uşaqlar hiss elәdilәr ki, qocanın da saqqızını oğurlayıblar, onu
da bu oyuna qatıblar. O, ağzını belә açmadan razılığını vermişdi.
Bir dә, nә demәliydi... harasa gedәcәkdi vә onu özünә çәkәn dә
elә bu müәmma idi.
– Getdik, – Onunn dedi. Çünki başçı o idi.
– Getdik, – o birilәr razılaşdılar. Hәtta bu yerlәrә vә bu a dam -
lara yad Siqrid dә.
Qoca da ürәyindә razılaşdı, amma sәsini çıxarmadı, elәcә
başını tәrpәtdi.
351