Page 347 - Tarey Vesos_Макет 1
P. 347
NAĞIL
(hekayә)
Meşә kәnarındakı evindәn azca aralıda daşı altına çәkib
oturan qoca sentyabr günәşinin istisindә qızına-qızına şalvarının
cırığından çıxan arıq dizlәrinә baxırdı. Әslindә, baxmaq istәmirdi,
amma gözlәri sözünә baxmırdı.
Ürәyindәn keçirdi, desin:
– Yox, bu, mәnim dizlәrim deyil...
Amma dizlәr özününkü idi. Vә baxırdı görsün, әsmir ki.
Fikrindә ancaq bu idi. Yox.
Hәlә ki әsmir.
Amma az qalıb... Bәlkә dә, vaxtıdı. Ola bilsin, bir ildәn
sonra. Onda hәr şey bitdi. Yazıya pozu yoxdu.
Bu fikirlәrdәn gün işığı da qocanın gözünә tutqun göründü.
Elә bil apaydın günün qabağına kölgәdәn pәrdә çәkdilәr.
Daha bәsdi.
Bezdim.
Elә bil başqa dәrdim yoxdu.
Ayağa qalxdı.
Arıq dizlәri şalvarın içindә gizlәndi. İndi belini dikәldib
dayanan bu qocanı illәr o qәdәr dә köhnәltmәmişdi, canı hәlә su-
luydu. O, burada gözә dәyәn hәr daşla, hәr otla böyür-böyürә
yaşamışdı vә bütün canıyla özünü tәbiәtin bir parçası kimi hiss
elәmişdi.
Saralmış ağcaqovaqlar, çinarlar, sarımtıl otlar – hamısında
bir qәribә işartı var. Payızın bu vәdәsindә yarpaqlar qızılı rәngә
çalır. Qarşısında dayandığı evindә o, ömrü boyu dinclik nә
olduğunu bilmәmişdi, amma daha haçandı ki, әlini o evin dә
üstündәn çәkmişdi.
347