Page 344 - Tarey Vesos_Макет 1
P. 344
Tarey Vesos
itdi vә baxışlarını ondan çәkdilәr.
Onu üşütmә tutmuşdu.
Yox, o, tamam yanırdı.
Demәli, böyümәk bu imiş, tikә-tikә bölünmәk...
Daha Fetә az qalıb.
Fikirlәşdi ki, doğmalarıyla görüşәcәn özünü toxtatmalıdı,
onsuz da, yazıqlar dәrd içindәdilәr.
Evlәri yolun düz kәnarındaydı. Nils qalxıb avtobusdan
düşmәyә hazırlaşdı. Sürücünün kabinәsini döymәyә ehtiyac
olmadı, özü harada dayanacağını bilirdi. Әslindә, tabutun hara
aparıldığından avtobusda olanların hamısının xәbәri vardı.
Qabaqda Fetin torpaqları görünürdü. Toxum sәpilmәmiş tor-
paqlar. Kasıb vә yöndәmsiz – ona görә dә ürәk ağrıdan torpaqlar.
Budu, atası onu qarşılayır. Öyrәşdiyi, vәrdiş etdiyi, ona görә
dә yaddaşına hәkk olunan bir mәnzәrә. Yox, onun atası ölmәyib.
Anasıyla qardaş-bacıları yolun ağzında dayanmışdılar. Balaca
bacısı böyük avtobusu saxlatmaq üçün әlini qaldırdı. Avtobus
dayananda sevincәk güldü. Böyük uşaqlardan hansısa onu
dümsüklәdi.
Nils yerә atıldı.
Anası qabağına yeridi. Bir dәri, bir sümük olan bu qadının
rәngi tamam ağarmışdı.
– Gәldin?!. – birtәhәr dillәndi.
Nils, güclә dә olsa, özünü toxtatmaq istәyirdi. Yol yoldaşları
öz işlәrindәydilәr. Bir kәlmә dә artıq söz demәyib tabutu çıxardılar,
çiyinlәrinә alıb samanlığa tәrәf apardılar. Nilsin heç nәdәn xәbәri
olmadı. O, tabutun ardınca gәlib sәsi titrәyә-titrәyә anasına
sәfәrindәn danışırdı, karıxıb-qalmış, qorxmuş, sәsi alınmış bacı-
qardaşları bir az aralıda gәzişirdi. Hәlә ki özlәrini saxlaya
bilirdilәr, amma hiss olunurdu ki, dolublar, indicә hönkürәcәklәr.
Onlara baxmaq dәhşәtli idi. İçәrilәrindә qalıb boğulan hönkürtü
sәsindәn qulaq tutulurdu.
– Әkinlә necә olacaq?.. – anası soruşdu.
Vә bir dәqiqә sonra yenә soruşdu:
– Әkinlә necә olacaq, hә?..
344