Page 345 - Tarey Vesos_Макет 1
P. 345
Nils Fet
Kişilәr tabutu samanlıq tәrәfә aparıb döndülәr ki, geri qayıdalar.
Elә bil yetim qalmış bu evdә bir az artıq dayanmağa sәbirlәri
çatmadı.
Nils onların qabağına gәlib tәşәkkür elәdi.
İndi buranın sahibi odu, ona görә dә hamının әvәzinә
danışmalıdı.
– Nә böyük iş olub ki, borcumuzdu, – tәlәsik cavab verdilәr,
elә bil qorxurdular ki, onları burada saxlayarlar.
Vidalaşdılar.
Belә hadisәlәrdә bir kәs dә lazım olandan artıq gözlәmir.
Amma Nils tәlәsmirdi, çünki getmәyә yeri yox idi. Heç özü
dә hiss elәmәdi ki, hәmin adamların yolunu kәsib. Onlar onun
sağından, solundan ötüb-keçdilәr. Yeyin addımlarla avtobusa
çatıb içәri keçdilәr vә getdilәr. Budu, daha iz-tozları da qalmayıb.
Demәli, daha kimdәnsә kömәk gözlәyә bilmәz.
Ana әlindә açacağı hazır saxlayıb samanlığın girәcәyindә
dayanmışdı.
– Bura gәlin! – çağırdı.
Yaxın gәldilәr. Qarşılarında dağ kimi ucalan tabutun yan-
yörәsindә dayandılar. Nils taxta qapağın şuruplarını fırladıb açdı.
Şükür ki, bu axır günlәrdә çәkdiyi zülmün sonu yaxınlaşır. Amma
bu günlәr onun üçün havayı ötüşmәdi. O, hәmin günlәrin canından
çox şey çәkib çıxardı. Özü üçün hәqiqәtin nә olduğunu aydınlaşdıra
bildi.
Qapağı açdılar. Hamının içindә elә bil nәsә qırıldı. Diz üstә
düşdülәr. Ağızları açıq qalan balacalar qәflәtәn zәhlәtökәn,
qulaqbatıran sәslә çığırışdılar. Yox, indi ağlamaq olmaz.
– Sakit! Bәsdi!
Uşaqlar susdular.
Tabutun qapağı yerdәydi.
– Gәlin örtәk, – ana astaca dillәndi. Ataya baxmaq ana üçün
çox ağır idi. Nils bu ağrını onun sәsindәn hiss elәdi. Qapağı
örtdülәr. Vә tәzәdәn onlara dağ boyda görünәn tabutun әtәyindә
diz çökdülәr. Onlar hәr şeyi unudub belәcә yerә çökmüşdülәr.
Dәqiqәlәr ötüşürdü.
345