Page 340 - Tarey Vesos_Макет 1
P. 340

Tarey Vesos
            qorxmurdu. Nils bir şeyi yәqin elәmişdi: ağlamağa vaxtı olmayacaq.
            Bәlkә, o, elә hәr şeyin öhdәsindәn gәlә bilәcәkdi. Qәflәtәn özünü
            inadkar bir ağac qәlәmi kimi gördü. Bu qәlәm torpaqda özünә
            әmәlli-başlı yer elәmişdi. Bundan sonra sınıq-salxaq, çirk içindә
            olan bu avtobus onun mәbәdidir. Onu uşaqlıqdan böyüklüyә
            adladan mәbәd. Bu şüşәlәr ona әn dәbdәbәli sarayların pәncәrәlәrini
            xatırladacaq.
                Evә!
                Qarşıya çıxan kәnddә dә iş qaynayırdı. Atlar. Buğda torbaları.
            Güc son hәddәdi. Avtobusun yanından, zәmi tәrәfdәn atlar lәngәr
            vura-vura keçirlәr. Öz hәyәtindәn gözünü çәkmәyәn bir kişi
            arabada oturub. Axşam düşür.
                Bütün bunlar hamısı Nilsdә bir hәyәcan yaradır. Xeyr, onu
            qorxutmur. Axı indi onu heç keşiyini çәkdiyi tabut da qorxutmur.
            Avtobus kәndlәri bir-bir arxada qoyur. Demәli, indi içindә atasının
            meyiti olan tabut da kәnd-kәnd yol gәlir vә arxasınca ancaq xoş
            izlәr saxlayır.
                Belә dayanacaqlardan birindә Nils çay tәrәfdәn hay-küy,
            balta sәsi eşitdi. Atası da belә işlәyirdi. O, güclü vә iradәli adam
            idi. Onun yerini tutana çox çәtin olacaq. Buna şübhә olmasın.
                Avtobus son dayanacağa yetişdi. Burada, yolayrıcında Nils
            istiqamәti dәyişmәliydi. Sәhәr ona lazım olan tәrәfә başqa avtobus
            gedәcәkdi.
                Nils düşdü. Sifәti hәlә dә yanırdı. Bekar sürücülәr, az qala,
            qaça-qaça tabutu avtobusdan çıxarıb, boş qaraja apardılar. Niyә
            mәnә kömәk elәyirsiz? Nils bunu soruşmaqdan özünü zorla
            saxlayırdı. Lal-dinmәz dayanıb onların tabutu necә düşürdüklәrinә
            tamaşa elәyirdi.
                Öz işlәrini görüb getdilәr.
                Mәn kimәm axı?
                Bu gün dә belә keçdi.
                Nils gecәlәmәyә yer tapa bildi.
                Gecәni narahat keçirdi.
                Bir fikir onu rahat buraxmırdı: gör mәn necә әskik adamam

                                       340
   335   336   337   338   339   340   341   342   343   344   345