Page 335 - Tarey Vesos_Макет 1
P. 335
Nils Fet
Sümüklәri qırılanacan işlәmәliydi. Yüzlәrlә irili-xırdalı xәrclәr,
özü dә pul istәmәyә bir kimsә yox. İndi başını saxla görüm, necә
saxlayırsan. Hәr şeyin başını-ayağını necә yığasan ki, kasıb
torpaq ailәni dolandıra bilsin. Nils hәr şeyi xırdalığına qәdәr
gözünün qabağına gәtirdi. O, hәlә uşaqlıqdan belә şeylәrә göz
yetirәrdi, söhbәtlәrә qulaq kәsilәrdi... İş-gücdәn başı heç dә
böyüklәrdәn pis çıxmırdı. Amma o vaxtlar yükün bütün ağırlığı
başqasının çiynindәydi. İndi burada sınıq onurğayla uzanan
hәmin o adamın çiynindә. İndi daha o, onlar üçün pul qazana
bilmәz. İndi bütün ağırlıq Nilsin çiynindәdi. Elә bu da ev yiyәsi
olmaq demәkdi.
– Amma yox, sәni, doğrudan da, әsmәcә tutub, – qoca dedi. –
Niyә, nә sәbәbә? Hәr şey yoluna düşәcәk. Sәn nә birincisәn, nә
dә sonuncu. Gedәk sәnә yemәk verim. Avtobusun gәlmәyinә
hәlә çox var.
Onlar içәri keçәndә ev sahibәsi stulda әylәşmişdi. Nils gördü
ki, qadın süfrәyә әn lәziz yemәklәrini düzüb. Otaqda ondan
başqa adam yox idi.
– Әylәş.
O, yuxudakı kimi oturdu. Sәhәrdәn bәri başında alәm bir-
birinә qarışmışdı.
Ev yiyәlәri oturub әllәrini dizlәri üstә qoymuşdular.
– Ye, – böyük otağın qarşılarında uzanan boşluğuna baxa-
baxa onu qonaq elәyirdilәr. Saatın çıqqıltısı eşidilirdi. Nils yeyir-
di.
– Çox sağ olun.
O xudahafizlәşdi.
Arabaçı möhkәm, lәngәrli, sәbirli atını tәrpәdib arxasındakı
arabadakı tabutla yola çıxardı. Yol lap yaxındaydı.
– Tabut daşıdığım birinci dәfә deyil, – arabaçı dillәndi.
– Nә?
– Atı deyirәm. Bizim bu tәrәflәrdә axır vaxtlar nәsә ölәn
çoxdu. Elә hәmin o ev sahiblәrinin üç oğlu ölüb.
Nilsin elә bil yumruqla döşünә vurdular.
– Vay yazıqlar, – yorğa yerişli ata baxa-baxa dillәndi.
335