Page 338 - Tarey Vesos_Макет 1
P. 338
Tarey Vesos
davam elәdi. İndi tabutla tәklikdә qalan Nils çox tәnhaydı. Fit
sәsi vә ardınca növbәti dayanacaq.
Sürücü yük olan tәrәfә qışqırıb onu hayladı.
– Burada qabaq yerlәr boşalıb! Düşәn var...
– Çox sağ olun, burada qalsam yaxşıdı, – Nils cavab verdi.
– Özün bilәn mәslәhәtdi, – sürücünün başı tәzәdәn kabinәdә
gizlәndi. Avtobus tәrpәndi. Amma görünür, sürücüyә Nilsin
sözlәri tәsir elәmişdi. Azca sonra bir bәhanәylә avtobusu saxlayıb
kabinәdәn düşdü, arxa tәrәfә keçib tәpiklә vura-vura, deyәsәn,
tәkәrin bәrk-boşluğunu yoxladı. Vә açıq qalmış arxa qapıdan
Nilsә dedi:
– Sәnin niyә burada qalmaq istәdiyini mәn çox gözәl başa
düşürәm.
Vә tәkәrә bir tәpik dә vurub getdi.
Nils oturub fikrә getmişdi. Görәn, sürücü nә sәbәbә ondan
ötrü belә canfәşanlıq elәyir? Yan-yörәdә nә dәyişib ki? Avtobusun
bu boş yük yerindә nә baş verib ki?
Yox, yan-yörә dәyişmәyib. Mәsәlә mәnim özümdәdi. Adi bir
toxumdan günlәrin bir günü ağac әmәlә gәldiyi kimi, mәni dә bu
sәfәr dәyişib başqa adam elәyib. Mәnimlә hesablaşırlar.
Baxışları yan-yörәsindәki torbaları, yeşiklәri gәzdi. Yaxşı ki,
burada ondan başqa adam yoxdu. Hәmin o cavan oğlanın indi
onun yanında olması üçün nәyә desәn razıydı. Amma әgәr bu,
mümkün deyilsә, yaxşısı budu, elә yolu torbalarla, yeşiklәrlә
yanaşı gedәsәn. Avtobus onu oyan-buyana atırdı, ürәyini
bulandırırdı. Demәli, böyümәk elә bu imiş. Nils bütün yolboyu
özünü gözünün qabağına gәtirirdi.
Bu tabut necә dә uzundu, necә dә ağırdı. Nils elә bil artıq bu
tabutu çiyninә almışdı. Bax elә böyük adamın daşıdığı yük dә bu
cür olur.
O, öz evlәrini, torpaq sahәlәrini gözünün qabağına gәtirdi.
Әldәn düşmüş anasını, hәlә qanıb-qandırmayan, boş bir şeyә
görә var sәslәriylә hönkürәn bacı-qardaşlarını düşündü.
Budu, indi o, çiynindә atasının tabutu ilә geri, doğmalarının
338