Page 334 - Tarey Vesos_Макет 1
P. 334

Tarey Vesos
            adam rәngindә deyildi. Nils bu sifәti heç vaxt unutmayacaq.
            Hәm dә Nils gözlәdiyi kimi deyildi, bu sifәt azca da korlanmamışdı.
                – Zәrbә harasına dәyib?
                – Belinә.
                – Aydındı...
                – Onurğası üç yerdәn sınıb.
                – Aydındı, – Nils tәkrar elәdi.
                Ayaqlarının әsdiyini hiss elәyib fikirlәşdi ki, qapağı örtsәlәr
            yaxşıdı.
                – Örtәk?
                – Hә.
                – Nәdi, birinci dәfәdi ölәn adam görürsәn?
                – Hә.
                – Amma mәn bu çağacan çox görmüşәm, – qoca dedi. – Nә
            qorxusu var?
                Qapağı tabutun üstünә qoyub bәrkitdilәr.
                Nils ancaq bu vaxt özündә cürәt tapıb soruşdu:
                – Tabuta görә borcum nә olacaq?
                Qoca qiymәti dedi. O, bu suala hazır idi.
                – Mәn tezliklә ödәyәcәm, – Nils dedi vә fikrә getdi: görәsәn,
            borc tabut istәmәkdәn ağır nәsә olarmı?
                – Böyük sәnsәn?
                – Hә.
                – Di baxaq görәk, vәziyyәtdәn necә çıxacaqsan.
                Qoca susdu. Nilsi üşütmә tutdu. Mәnә kömәk elә! – ürәyindә
            kişiylә danışdı – mәnә toxtaqlıq ver! Bircә bilәydin ki, necә
            dözülmәzdi...
                Qoca anladı.
                – Tabutun pulunu, әlbәttә ki, ödәyәcәksәn, – davam elәdi. –
            Amma bir halda ki daha evin yiyәsi sәnsәn, çәtin günlәrin hәlә
            qabaqdadı.
                Evin yiyәsi. Bu söz ürәyindәn daş kimi sallandı.
                – Deyәsәn, sәni әsmәcә tutub? – qoca soruşdu.
                – Yox, siz nә danışırsız? – Nils cavab verdi.
                Evin yiyәsi. Günlәr sırayla gözünün qabağına düzüldü.

                                       334
   329   330   331   332   333   334   335   336   337   338   339