Page 329 - Tarey Vesos_Макет 1
P. 329
Nils Fet
İzah elәyә bilmәdi, amma öz-özlüyündә fikirlәşdi: on altı
yaşlı adama hәlә böyük demәk olmaz.
– Mәn evi başlı-başına qoya bilmәrәm, – anası sözünә davam
elәdi. – Sәn bircә әl-üzünü yu, әynini dәyiş, Nils.
Yan-yörәsindә dayanıb-duran bacı-qardaşlarının hönkürtüsü
әrşә qalxmışdı.
– Bәsdi, mumlayın! – üstlәrinә elә qışqırdı ki, elә bil it
hürdü.
Vә onlar kiridilәr.
İndi hәmin o namәlum vadiyә yol alan Nils bütün bunları
fikrindәn çıxarmaq istәyirdi. Getdiyi yer yaxın deyildi. Vә bu
yolun sonunda onu ölü ata gözlәyirdi.
İndi daha yetimsәn! – Gecә yuxusu yoxuydu, yiyәsiz
hәyәtlәrdәn birindә uzanıb fikrә dalmışdı.
Bizi nә gözlәyir? Kasıb komamızın axırı necә olacaq?
Axır ki, sәhәr açıldı.
Başa düşdü ki, әslindә, o, yuxusuz gecәni elә yuxusunda
görüb. Bütün bu vaxtı daş kimi yatıb.
Amma doğrudan da, görәsәn, bizi nә gözlәyir? – fikirdәn
ayılmamışdı. Kasıb komamızın axırı necә olacaq?
Hә, yetimsәn ki, yetim... Di vaxtdı, qalx.
Mәnzilbaşına yaxınlaşdıqca daha çox mısmırıq sallayırdı.
Rastına çıxanlar da bunu sezirdilәr, onu qıcıqlandırmaq üçün
tәbәssümlә soruşurdular:
– Cavan oğlan, yolun hayanadı?
– Uzağa, – qısaca cavab verirdi.
– Yәqin, kefә gedirsәn?
– Hә! – sifәtinin cizgilәrinә sәrtlik verib sualı qaytarırdı.
Amma qorxub-elәyәn olmurdu. Adamlar gülmәklәrini zorla
boğub ondan aralanırdılar.
Uzaqdan gәlәn maşını görüb, tәzәcә yayılmağa başlasa da,
artıq hamının bәlәd olduğu bir hәrәkәtlә – tәzim edirmiş kimi
qollarını açdı.
Maşın dayandı. Kabinәdәn başını çıxaran adam ondan nә
istәdiyini soruşdu.
– Mәni dә özünüzlә götürün!
329