Page 324 - Tarey Vesos_Макет 1
P. 324
Tarey Vesos
adama yüngüllük gәtirirdi. Amma Mattis heç cür yüngüllәşә
bilmirdi.
O, bu günün necә gücә gәldiyinә baxırdı.
Qәtiyyәtlә ucadan:
– Adam daşımaq üçün yaxşı gündü, – dedi, çünki bu gün
yoxuş ona nәsә üzücü vә ağır gәlirdi.
Bir neçә addım atandan sonra әlavә etdi:
– İndi daşımağa xeyli adam olacaq.
İki addımdan sonra daha bir söz:
– Bu, yaxşıdı.
Sahilә vә qayığa tәrәf aparan tanış cığırı güclә keçdi. Onu
sәhәrin günәşindәn qızmış qatranın qoxusu qarşıladı. Yonub
ağartdığı iri, tәzә, yöndәmsiz avarlar qızılağacın pöhrәliyindә
atılıb qalmışdı.
Demәk, belә, hәr şey hazırdı.
Daha nә?
Olmaz…
İndi cәld hәrәkәt elәmәk lazım idi. Tez qayığa. Qayığı itәlәdi,
amma qәflәtәn yan-yörәsinә baxıb, cәld onu çevirdi, geri atılıb
sahilin tacı kimi görünәn çinar vә qızılağac pöhrәliklәrinә tәrәf
qaçdı. Qızılağaca çatıb, onun açıq-boz gövdәsini dişlәdi, acı
qızılağac şirәsi dodağını yandırdı. Görәn olmamalıydı vә bu,
cәmi bir an çәkdi. Bir dәli an. Mattis ağacın yanında donub-
qalmışdı, sonra, nәdәnsә xilas olurmuş kimi, qayığına tәrәf qaçdı.
Qızılağacın gövdәsindә qalan dişinin izi artıq qızarmağa başlamışdı.
İndi nә etmәli?
Daha heç nә.
Qayıq suya sürüşüb sahildәn uzaqlaşırdı. Mattis avarları
çәkә-çәkә tәrk etdiyi hәmin o mәnzәrәdәn gözünü çәkә bilmirdi
47
Uzaqdan sәslәri gәlәn vә get-gedә gözdәn itәn mühәrrikli
qayıqları nәzәrә almasaq, gölün üstü boş idi. Mattis nәzәrdә
324