Page 327 - Tarey Vesos_Макет 1
P. 327

Quşlar
             O, avarları buraxmadan çapalaya-çapalaya irәlilәmәyә elә
          aludә olmuşdu ki, gözünә heç nә görünmürdü. Bәdәni әvvәlkitәk
          yad, qәribә vә qurğuşun kimi ağır idi. Ötüb-keçdiyi mәsafә
          qalanla müqayisәdә dәhşәtli dәrәcәdә az idi, sahil, tәxminәn,
          bayaqkı qәdәr uzaqdaydı.
             – Xeqe! – nәhayәt, külәyin qalxdığını hiss edib qәfildәn
          qışqırdı. Demәli, hәr halda, bu günә külәk yazılıbmış! Suyun
          üzәrindәki köpüklәr külәkdәn qaçışdı. Mattis rәngi ağarmış halda
          uzaqdan gölün üstündә әmәlә gәlәn tünd-göy zolağa baxdı. Zolaq
          sürәtlә yaxınlaşırdı. Mattisin arxasından qalxan bulud laylarının
          içindәn külәk peyda oldu – göy vә amansız… Dәrhal bütün gölü
          hәyәcan bürüdü.
             Külәk dalğaları ağ köpükcüklәrә çevirirdi vә onlar da Mattisi
          boğmaq üçün ağzına soxulurdular. Hәm dә avarları әlindәn
          buraxması üçün.
             – Mattis! – dönüb, ölәziyәn bir ümidlә qışqırdı. Gölün
          sonsuzluğunda bu çığırtı gözәl bir quşun çığırtısı kimi sәslәndi.
          İri, yoxsa balaca quşun? Bunu sәsdәn ayırd elәmәk çәtin idi.





























                                    327
   322   323   324   325   326   327   328   329   330   331   332