Page 328 - Tarey Vesos_Макет 1
P. 328

NİLS FET

                                     (hekayә)

                Atasının ölüm xәbәri gәlәn hәmin o müdhiş dәqiqәlәri yaddan
            çıxarmalıydı.  Yan-yörәsindәki ağappaq bәnizlәri unutmalıydı.
            Nәsә qanıb-qandırmayan uşaqların hönkürtüsü. Vә ardınca qәflәt
            sükutu.
                Ona dayaq ola bilmәyәcәk hәr şeyi özündәn qovurdu. İndi
            onun kömәyә necә dә ehtiyacı vardı. Havalı kimi çıxış yolu
            axtarırdı. Çünki on altı yaşlı bu oğlan ailәnin böyük övladıydı.
            Atasının bәd xәbәrini telefonla çatdırdılar: “Tәәssüf ki, ölüb.
            Onu ağac әzib. Meyitin dalınca gәlәn olacaqmı? Tәlәsin!..”
                – Nә?.. Hә, hә, gәlirik, – cavab verdi.
                Onu telefona çağıran qonşu oğlanın nәfәsi tәngiyirdi. Xәttin
            o başından gәlәn sәs әsәbiydi. Sәs uzaqdan, aşırımların arxasındakı
            vadidәn gәlirdi. Sözlәr dә rәhmsiz idi, eşidilәn elә ancaq bu idi
            ki, bәs o meyit bizә lazım deyil, nә qәdәr tez gәlib aparsalar, o
            qәdәr yaxşıdı.
                – Hә, hә, gәlәcәyik – dil-dodağı әsә-әsә әlindә tutduğu
            dәstәyә dedi.
                – Eşitmirәm! – sәs qulağının içini dәlib-deşdi. – Ucadan
            danışın! – ardınca zәhmlә әlavә elәdi: – Mәn heç sizin adınızı da
            bilmirәm. Mәnimlә danışan kimdi?
                – Nils Fet!
                Bu sözlәri deyәndә Nils qarşısında Feti, qısır torpaqlı balaca
            evlәrini gördü. Hәr tәrәf gözünә rәngsiz, rәhmsiz, amansız tәrzdә –
            bu miskinliyin apaydın cizgilәriylә göründü.
                Nils evә bәd xәbәrlә qayıtdı. Ana özünü әsl kişi kimi aparırdı.
                – Özün getmәli olacaqsan, – anası dedi. – Sәn daha uşaq
            deyilsәn.
                – Mәgәr on altı yaş çoxdumu? – dәrhal soruşdu.
                – Nә mәnada?
                                       328
   323   324   325   326   327   328   329   330   331   332   333