Page 331 - Tarey Vesos_Макет 1
P. 331

Nils Fet
             Nils düşüncәlәrindәn ayrıldı. Azca qabaqda bir kişi velosipeddәn
          düşdü.
             – Ayağının altına baxmaq lazımdı. Yaxşıdı, bu dәfә bәxtin
          gәtirdi. Qabağına maşın çıxsaydı, necә olardı?
             Sonra hirsi soyumuşdu. Gülә-gülә velosipedinә minib yoluna
          davam elәdi. Buradan birbaş yazla görüşә qaçdı. Azad quş kimi.
             Qar cәmi bir neçә günün içindә әriyib yollardan qeyb olmuşdu.
          Әvәzindә çöl-biyaban nәmişliyi büsbütün canına hopdurmuşdu.
          Haradasa kölgә yerlәrdә qar topaları hәlә dә tәslim olmaq
          istәmirdi. Günәşin qızındırdığı tәpәlәrdәn torpağın, ötәnilki otların
          isti qoxusu gәlirdi.
             Amma bu vadidә әn çox diqqәti çәkәn sürәtlә axan su idi.
          Onun qulaqbatıran harayı hәr yanı lәrzәyә gәtirmişdi. Vadinin
          lap dibindә böyük bir çay qaynayıb köpüklәnirdi. Bu çay tәpәlәrdәn
          axıb gәlәn bütün çeşmәlәri udurdu, amma onu bu xırda-parayla
          doyurmaq...
             Nils aşağı sәmtә, çaya baxdı. Üzәn ağac gövdәlәrini gördü.
             Sәni elә oyanlıq elәyәr ki, heç gözünü açmağa da macal tap-
          mazsan... bir balaca әsnәdinsә, bәsidi.
             Diksindi. Ölü atayla görüşünә az qalırdı. Özünә yazığı gәldi.
          İndi üzünә belә ciddi görkәm vermәsindәn nә fayda?

             Yaxınlıqda karvansara olmadığına görә Nils rastına birinci
          çıxan evә girib gecәlәmәk üçün icazә istәdi. Dedilәr ki, onun
          kimilәr bu evdә tez-tez olur.
             Nils ancaq indi başa düşdü ki, ölәn adam artıq lap yaxınlığındadı,
          elә bil burnuna bәdbәxtliyin qoxusu dәydi. Bu bәdbәxtlik buralarda
          hәr adamın sifәtindә iz salmışdı. Onu burada çox xatırlayacaqdılar.
          Göz-qulaqdan uzaq bu vadidә az adam yaşayırdı, ona görә dә hәr
          insan hәyatına qiymәt vermәyә öyrәncәliydilәr.
             Nils oturdu.
             Otaqdakılar onun kimliyini dәrhal ayırd elәdilәr. Nilsi burada
          gözlәyirdilәr.
             – Sәn tәsadüfәn hәmin o ölәn fәhlәnin oğlu deyilsәn?
             – Oğluyam.
             Uşaqlar sәksәnib künc-bucaqdan gözlәrini ona zillәdilәr.
                                    331
   326   327   328   329   330   331   332   333   334   335   336