Page 323 - Tarey Vesos_Макет 1
P. 323

Quşlar
             – De görüm nә mәsәlәdi?! – soruşdu vә Mattis ona tabe oldu,
          amma sonacan yox.
             – Mәn başıma dolan fikirlәrdәn, az qala, ölmüşdüm, – dedi
          vә bu, hәqiqәt idi.
             – Elә bu?
             Mattis diksindi.
             Xeqe:
             – Otur, yemәyini ye, – dedi.
             Bir-iki loğma ağzına apardı. Cavabı Xeqeni qane etmişdi,
          çünki daha heç nә soruşmurdu. Mattis gözünü ondan çәkmirdi.
          Nәhayәt, dillәndi:
             – Bu gündәn yenә adam daşımağa başlayıram.
             Xeqe gülümsündü vә razı qaldı.
             – Afәrin. Bu, lap әla oldu.
             Doğrudanmı bacısı bu günü belә gözlәyirdi? Amma budu,
          qayığın yararsız olması yadına düşdü:
             – Mattis, demişdin ki, qayıq nәsә birtәhәrdi. Çoxmu su bu ra -
          xır?
             – O qәdәr dә yox.
             – Necә lazımdı yoxla, etibarsızdısa…
             – Sәnә dedim axı, sakit havada qorxusu yoxdu. Külәk-zad
          olsa, başqa mәsәlә.
             Xeqe artıq tәlәsә-tәlәsә:
             – Xahiş elәyirәm, ehtiyatlı ol, – dedi. – Sәnә sәhәr yemәyi
          qoymayacam, acan kimi evә gәlәrsәn.
             Mattis:
             – Yaxşı, – dedi.
             Artıq getmәyә hazır idi, amma nәsә otağın ortasında dayanıb-
          durdu.
             – Nәsә olub? – Xeqe soruşdu.
             – Yox.
             Bu sözlә dә sağollaşdı. İndi bacısına çox şey deyә bilәrdi,
          amma lazım deyildi. Nәsә demәdәn ayrılmaq, doğrudan da, ağır
          şeymiş.
             Gölә düşәndә yüksәkliklәrin arxasından qalxan günәşin payız
          şüaları elә dә yandırmırdı, işıqlı yarpaqların arasıyla addımlamaq
                                    323
   318   319   320   321   322   323   324   325   326   327   328