Page 320 - Tarey Vesos_Макет 1
P. 320
Tarey Vesos
Yuxarıdan – çardaqdan daha sәs-sәmir gәlmirdi. Mattis
bilmirdi, buna görә sevinsin, ya yox. Pәncәrәnin o üzündә isә
külәk artıq min cür sәs çıxarır vә sabah da belә әsәcәyini vәd
edirdi.
45
Amma külәk kәsdi.
Mattis gecә oyanıb, yuxunu hәlә әmәlli-başlı canından
çırpmamış, başa düşdü ki, külәk yoxdu. Külәk öz vәdinә әmәl
etmәdәn kirimişdi. Ağaclar da susurdu, yarpaqların xışıltısı
eşidilmirdi.
Amma gecә elәmәk olmaz – Mattisin ilk ağlına gәlәn bu
oldu. Mәn bu işi gecә görәcәyimi heç vaxt demәmişәm. Sәhәr
tezdәn külәk yenidәn qalxa bilәr. İndi sakitlәşib. Gecәlәr bәzәn
belә olur.
Ay işığı pәncәrәyә düşürdü. Mattisin gölün o biri tәrәfinә
üzdüyü hәmin gecәdә olduğu kimi, ay bәdirlәnmişdi. Mattis
yenidәn ürәyindә gecәlәr bәzәn külәyin kәsdiyini tәkrarlasa da,
bunun kömәyi olmadı. Külәk, bәlkә, heç dә bütün gecә boyu
susub-dayanmayıb. Sәfehliyә bir bax, mәn bunu necә bilәrәm?
Axı yatmışdım!
Evdәn dә sәs-sәmir gәlmirdi.
Maraqlıydı, görәn, Xeqe indi hardadı – öz otağında, yoxsa
Yörgenin yanında? Bunun mәnә dәxli yoxdu, – qәtiyyәtlә özünә
dedi. Külәyin kәsmәyi mәnә bәs edәr.
Mattis belәcә uzanıb gözlәyә bilmәzdi, çölә çıxıb havaya
baxmalıydı. Astaca әynini geyindi – evdә elә bil hәr şey ölmüşdü.
Vә çıxdı.
Ay işığı yolunu göldәn salmışdı. Külәk yox idi, hәtta gölün
hamarlığına yüngül meh belә toxunmurdu. Göl hәlә bu vaxtacan
gözünә bu qәdәr sonsuz görünmәmişdi. Mattis heyranlıqla baxırdı.
Nәzәrlәri meşәyә, yaşıl tәpәlәrә, sahildә bitib çıxan bulağa
zillәnmişdi. Qәflәtәn fikrindәn bu bulağın suyundan içmәk keç-
di.
320