Page 317 - Tarey Vesos_Макет 1
P. 317

Quşlar
             O, qayığın yanında oturub sifәtini gölün üzәriylә gәzişәn
          külәyә tutmuşdu.
             Әs, ey külәk! – ürәyindә yalvarırdı.
             Fikirlәr beynini sel kimi basmışdı.
             – Bütün gözlәri daş örtüb, – qәfildәn dedi.
             İngerlә Anna vә hәmin o gün.
             Üstünә quşlar qonmuş bütün ağaclar.
             Bacım Xeqenin ayaq izlәri olan hәr cığır.
             Amma bunların hamısını birlikdә hәzm etmәk çәtin idi,
          üstünә әlavә nәsә gәtirmәyә cürәt elәmәdi.
             Qayıqdan hәmişәki kimi qatran iyi gәlirdi. Mattis külәyin
          suyun üzәriylә necә şırımlar açdığına baxırdı. Dalğalar ayaqları
          altında oynaşırdı.
             Amma gec-tez bu külәk kәsәcәkdi. Әbәdi әsmәyәcәk ki?
          Sakit hava da әbәdi deyil. Biz valdşneplә bir canıq. Fikirlәri
          yenә qarışmışdı.



                                     44

             Qayığın işi qurtaranda Xeqenin yanına getdi.
             Bacısı da sanki Yörgen kimi onu işinә tәrәf çәkәrәk:
             – Nәdi, qayığın artıq adam daşımağa hazırdı? – soruşdu.
             Mattis bacısına baxmadan:
             – Hә, indi hәr şey qaydasındadı, – dedi. – Sabah tezdәn işә
          başlaya bilәrәm.
             Xeqe:
             – Yaxşı, demәk, artıq sabahdan, – dedi vә qәtiyyәtlә әlavә
          etdi: – Bu, çox yaxşı oldu, Mattis.
             Mattis nә deyәcәyini sahildә götür-qoy elәmişdi. Vә indi hәr
          şeyin lazımi qaydada getdiyinә sevinirdi.
             – Bircә güclü külәk olmasa, – davam etdi. – Qayıq çürüyüb,
          külәkli havada üzmәk tәhlükәlidi. Bir dә gördün, deşildi.
             Bu sözlәri rahat deyә bilmәsә dә, hәr halda, pis alınmadı.
          Xeqe onun necә hövsәlәsizliklә işә başlamaq istәmәsini dәrhal
          unutdu. İndi onu yalnız qardaşının tәhlükәsizliyi narahat edirdi:
                                    317
   312   313   314   315   316   317   318   319   320   321   322