Page 316 - Tarey Vesos_Макет 1
P. 316

Tarey Vesos
                Bilirdi ki hәmin gün yetişәndә istәr-istәmәz sәksәnәcәk.
                Bu haqda Xeqenin başqa nәsә deyә bilәcәyini dә tәsәvvüründә
            canlandırırdı: bu gün külәk heç yoxdu, ya da havanın bu gün
            belә sakit olması elә-belә deyil.
                Amma Xeqe nә onu, nә dә bunu dedi. O, Yörgenlә daha
            vacib mәsәlәlәrdәn danışırdı. Külәyin vә yağışın onlar üçün heç
            bir әhәmiyyәti yox idi. Yörgen istәnilәn havada meşәdә öz işiylә
            mәşğul idi.
                Demәli, hәtta Xeqe bu haqda heç nә demәsә dә, göl şüşә
            kimi hamar ola bilәrdi. Mattis divanında uzanıb düşünürdü.
            Bәdәninin bütün ağırlığıyla yerindәn qalxdı. Tez pәncәrәyә sarı.
                Aha…
                Külәk kәsmәmişdi, buludsuz sәmanın altındakı gölün üzәrindә
            tünd-göy dalğalar gәzişirdi. Bu dalğaların onun üçün bu qәdәr
            әhәmiyyәtli olduğu bir vaxtda onlara baxmaq qәribәydi. Daha
            bir gün tәxirә düşdü.
                Sәhәr yemәyi vaxtı Mattis öz üzәrindә Xeqenin diqqәtli
            baxışlarını hiss etdi. Dәrhal iştahası pozuldu vә mәtbәxdәn çıxdı.
            Doğrudanmı sifәtimdәn nәsә bilinir? Öz alәtlәrini tapıb mәtbәxә
            qayıtdı vә dedi ki, qayığını tәmir elәmәk üçün gölә gedәcәk.
                Xeqe razılıqla:
                – Yaxşı, qayığını düzәlt, – dedi. – Әn azı, harada olduğunu
            bilәcәm.
                – Pәncәrәnin qabağında oturub mәnә göz dә qoya bilәrsәn.
                – Niyә sәnә göz qoymalıyam ki?
                – Mәgәr göz qoymursan?
                Vә o, qayığını düzәltmәyә yollandı. Qayığın körpücüyü
            altında lap çürümüş bir yer aşkar etdi. Bütün ağırlığını onun
            üzәrinә salsa, deşilәcәk. Ağırlıq da ki Mattisdә xirtdәyәcәn idi:
            bunu özündә sәhәr açılandan hiss elәyirdi, hәtta lazım olandan
            da artıq ağırlaşmışdı.
                Öz işiylә mәşğul ola-ola mızıldandı: yastı daşların üstә
            oturmaq yaxşı şeydi. Әla sözdü, amma o qız bunu başa düşmәdi.
            Әslindә, mәnim üçün fәrqi yoxdu.

                                       316
   311   312   313   314   315   316   317   318   319   320   321