Page 314 - Tarey Vesos_Макет 1
P. 314
Tarey Vesos
Amma bu artıq öz әlimdә deyil.
Düşünürdü ki, yaman çәtinә düşüb.
Mattis avarları rәndәlәyirdi. İndi onlar ağarmışdı. Hәr şey,
demәk olar, hazır idi. Son tamamlama işlәri qalmışdı.
Düşündü ki, sabaha saxlamaq olmaz.
Nә sәbәbә? – elә bil kimsә hövsәlәsizlik edib inadla ondan
soruşurdu.
Özüm dә bilmirәm. Cavabı belә oldu. Nәsә belә alınır.
Öz divanında uzanıb pәncәrәdәn qaranlığa qәrq olmuş göyә
baxırdı.
Axşam evә qayıdanda Xeqeylә Yörgeni otaqda görmәdi,
amma çardaqdan boğuq sәslәr gәlirdi. Adәtәn, xoşbәxt insanların
şirin söhbәtlәri belә olurdu vә Mattis hәmişә bunu özü üçün dә
arzulayırdı. Amma bәzәn başqa cür dә olurdu: onun barәsindә
danışılanda onlar heç dә xoşbәxt görünmürdülәr vә Mattis Xeqeylә
Yörgen üçün yük olduğunu hiss etmәyә bilmәzdi.
Amma avarlar artıq hazırdı vә tezliklә hәr şey aydınlaşacaq.
Mattis nәsә bu fikri özündәn uzaqlaşdırdı, hәlә ki gәlәcәyә
baxmaq istәmirdi. Dәrhal da özünә dedi: bu ki göy gurultusundan
qorxulu deyil.
Yuxarıdan gәlәn sәslәr kәsilmirdi. Hәrdәn incә bir gülüş sәsi
eşidilib sanki top kimi döşәmәylә diyirlәnirdi. Demәli, Xeqe
xoşbәxt olanda belә gülmәyi dә bacarırmış. Nә vaxtsa onun belә
güldüyünü eşitmişdimi?
İndi ondan danışırdılar. Çünki daha gülmürdülәr. Külәk divarı
döydü.
Kәskin payız külәyi.
Mattis ucadan şәn sәslә külәyә:
– Eşidirәm, eşidirәm, – cavab verdi vә yatağında oturdu.
Külәk yuxarı toxunanda evin damı dәrhal mızıldandı vә sakit
sәslә danışdı. Ağaclar dәrindәn nәfәs aldılar. Gölün üzәri dә
dalğalandı.
Necә dә yaxşıdı.
Mattis rahatlanmışdı.
314