Page 310 - Tarey Vesos_Макет 1
P. 310
Tarey Vesos
Mattisin gözlәri bәrәlә qalmışdı. Nәyi gözlәyirdi? Özü dә bilmirdi.
Amma gözlәyirdi.
– Mattis, әzizim.
O, tir-tir әsdi.
– Nәdi?
Qız özü dә karıxıb qaldı. İlahi, bu qız onun gözlәrinә necә
baxırdı!
– Yox, mәn… – dedi. – Mәn hәtta sәnin kimilәrә sözü necә
demәli olduğunu da bilmirәm.
Bunu deyib tez-tәlәsik onun yanaqlarını tumarladı vә dәrhal
da dönüb getdi. Bu dәfә yeyin, yüngül addımlarla biryolluq getdi
vә az sonra gözdәn itdi.
Mattis düşdüyü vәziyyәti anlamağa cәhd belә etmirdi. O, hәr
şeyә görә mükafatlandırılmışdı, özü dә artıqlamasıyla. Xoş bir
tәsadüfdәn bu qız İnger vә Annanın elәmәdiklәrini etmişdi vә
odur ki, ürәyindә yeri dә başqaydı.
Mattis bir xeyli daşın üstündә oturub qaldı.
40
Vә bu an yetişdi. Artıq hәr şey başqaydı: ildırım çaxıb onun
bütün dәrdlәrinә әncam çәkdi. Qәflәtәn hәr şey aydınlaşdı.
Aydınlaşdı vә çәtinlәşdi.
O, yastı daşın üstündәn sıçrayıb qalxdı.
İldırım parladı, bu dәfә yalnız onun içindә parladı vә hәr şeyi
aydın göstәrdi.
Yox! – tәşvişlә fikirlәşdi. Bacarmaram.
Artıq hәmin qızı unutmuşdu. Bu aydınlıq, qızın ona verdiyi
sevincdәn hәzz aldığı anda gәldi. Vә bu aydınlıq çıxış yolunu
göstәrdi – bütün elәyәcәklәri әvvәldәn-axıracan bәlli oldu.
Bu plan Mattisin üstünә yüklәnәn dәrdlәrin arasından bir
anın içindәcә aman vermәdәn keçib gәldi. Vә ürәyi әssә dә, onu
itaәtlә, qorxmadan qәbul etmәliydi. Artıq nә edәcәyini bilirdi,
bunu anlamışdı vә taleyә boyun әymişdi.
310