Page 308 - Tarey Vesos_Макет 1
P. 308
Tarey Vesos
Elә dә oldu. Az sonra qız cığırda görünüb Mattislә qarşılaşdı –
sanki o, burada qurulmuş bir tәlә idi. Amma qız özünü itirmәdi:
– Buradasan? – soruşdu. – Mәnim qayıtmağımı gözlәyirdin?
Düşündü ki, gör ha, ağıllılar hәr şeyi necә dә tez anlayırlar.
Tәxminәn, hәr şeyi. Mattis ona belә laqeyd qala bilmәzdi, çünki
bu dәqiqә beyni qәliz, hәtta tәntәnәli fikirlәrlә doluydu. Ona
yaxınlaşıb ciddi tәrzdә soruşdu:
– Olarmı, sәni bir az ötürüm? Yolacan.
Qız cavabında:
– İstәyirsәnsә, ötür, – dedi.
Mattis kәkәlәyә-kәkәlәyә:
– Әgәr indi sәnin oğlanın yoxdusa, mәncә, olar, – dedi.
– Mәn belә demәdim. Dedim, tәxminәn, yoxdu. Hәr halda,
biri var.
Mattis gözlәrini bәrәldib addımlarını sәngitdi. Sifәtindә bir
çaşqınlıq var idi. O, qızı anlamırdı.
Qız:
– Nәdi, gәlirsәn, yoxsa fikrini dәyişdin? – soruşdu. – İstәmirsәn,
gәlmә.
– İstәmirәm?
O, heç nә anlamırdı. Bu qızın, hәr halda, oğlanı varsa, onu
ötürә bilәrmi? Oğlanı varsa, Mattis nәyinә lazımdı?
Qız yoluna davam etmәk istәyirdi ki, Mattis nәsә demәk
üçün әlini qaldırdı vә sonra nәsә fikrindәn daşındı. Amma qızın
ayaq saxlamasına elә bu da kifayәt etdi.
Cığırın yanında ağ yastı bir daş var idi. Mattis özünü
tanıyandan hәmişә onun yanından keçmişdi, amma bu daş elә bil
yalnız indi bütün adsız şeylәrdәn fәrqlәnirdi. Geri qayıtmaq
istәdi, amma bu daş… Nә istәdiyini özü dә bilmәdәn hәmin daşı
qıza göstәrib tәlәsik:
– Yastı daşların üstә oturmaq yaxşı olur, – dedi.
Sәsindәki nәsә bu qızı dәrhal daşın üstündә oturmağa mәcbur
etdi. Mattis bunu gözlәmirdi.
Fikirlәşdi ki, axı belә olmur vә qızla yanaşı әylәşdi. Daş
iriydi. Qıza toxunmamaq üçün bir az çәkildi. İstәdiyi nә idi? Bu
308