Page 304 - Tarey Vesos_Макет 1
P. 304
Tarey Vesos
– Yörgen sәnә nәsә deyib?
– Nә barәdә?
– Mәndәn, özündәn, o meşәdәn, muxomordan?
– Yox. Nәsә demәliydi ki?
– Yox.
Xeqe soruşdu:
– Nәsә olub?
– Özün dә görürsәn ki, heç nә olmayıb.
Mattis çıxıb getdi. Yörgen onu tәәccüblәndirmişdi.
O biri gün Yörgen Mattisi yenidәn talada işlәmәyә çağırdı.
Mattis:
– Yox, mәn bir dә ora getmәyәcәm, – dedi.
Sәsindә elә bir qorxu var idi ki, Yörgen inad elәmәk istәmәdi.
Mattis meşәdә ona yalnız mane olurdu, buna hәtta sevindi.
Mattis divanda oturub gözünü bir nöqtәyә zillәmişdi. Xeqe
hәyәcanla onun yan-yörәsindә var-gәl edirdi. Artıq Yörgeni
sorğu-suala tutub baş verәnlәrdәn agah olmuşdu. Ehtiyatla:
– Mattis, sәn gәrәk tәzәdәn adam daşımağa başlayasan, –
dedi.
– Nә bilim.
– Axı bu iş sәnin xoşuna gәlir.
– Bәlkә, daha gәlmir?
– Boş-boş danışma.
Xeqe öz işinin başına keçdi. İndi işlәri xeyli çoxalmışdı, axı
artıq sevgilisi var idi. Onun bacarıqlı әllәri evi idarә edir, özü isә
gün-gündәn elә bil çiçәk açırdı. Mattis hәr şeyi görürdü vә bütün
bu dәyişikliklәr hәr gün onun beynindә ağrılı suallar oyadırdı:
Bәs mәn necә olacam?
Gölә dәrhal yollanmadı. Çox şey dәyişmişdi. Evin әtrafıyla
veyil-veyil gәzәndә çәpәrin o yanında da gözünә nәsә qırmızı bir
şey sataşdı. İri bir muxomor idi – sirli vә qorxulu. Çәpәrә
söykәnәrәk sanki bu tәrәfә – Mattisә baxırdı.
Yox, yox, Mattis inadla düşünürdü, nә qәdәr ki mәni
öldürmәyib, gәrәk onu әzim.
Yaxın gәlib göbәlәyi ayağıyla tapdaladı. Qırmızı-ağ partlayış
havaya dağıldı.
304