Page 306 - Tarey Vesos_Макет 1
P. 306

Tarey Vesos
                Amma axı onun öz sevgilisi vardı. Bunu bilirdi.
                Bura heç vaxt qız ayağı dәymәmişdi, әlbәttә ki, Xeqedәn
            başqa. Qızı sezәn kimi dәrhal düşündü ki, ya İnger, ya da Annadı.
            Amma yaxınlaşanda gördü ki, heç biri deyil. Bu, lap әndazәsiz
            bir xoşbәxtlik olardı. Amma hәr halda, buna da sevindi, axı bu
            qızı da tanıyırdı.
                Mattis özünü sәrbәst vә inamlı hiss edirdi: çünki onlar bir
            dәfә yanaşı işlәmişdilәr. Hәmin gün bu qız necә dә mehriban idi.
            Mәlum oldu ki, o günü ikisi dә xatırlayır. Qız köhnә tanışı kimi
            Mattisә göz vurub gülümsәdi. Mattisin bütün qorxuları dәrhal
            qeyb oldu vә zәhәrli meşә onun üçün etibarlı müdafiәyә çevrildi.
                Qız ona yaxınlaşıb danışmağa macal tapmamış Mattis
            gözlәnilmәdәn soruşdu:
                – Mәgәr siz daha bir-birinizi sevmirsiz?
                Qız gülümsәdi:
                – Kimi deyirsәn?
                – Sәninlә işlәyәn, tarlada sәni çimdiklәyәn hәmin oğlanı.
                – Sәn dә söz danışdın! Nәdi, bәyәm ölәnәcәn onunla әl-әlә
            tutub gәzmәliydim?
                Mattis tamam büzüşdü. Doğrudanmı o, nәsә sәfehlik etmişdi?
            Fikirlәşib qәrara gәldi ki, qız, әlbәttә, haqlıdı. Qız onu bu
            vәziyyәtdәn xilas edib:
                – Sәn sәhv elәmәmisәn, aramızda hәr şey çoxdan bitib, –
            dedi.
                Mattis tutulan kimi oldu. Hәtta iki dәfә: birincidә xoş, o
            birindә ağrılı şәkildә.
                Qız:
                – Sәn niyә belә qorxdun? – soruşdu.
                Mattis mızıldandı:
                – Mәn qorxub-elәmәdim.
                Qız:
                – O, ciddi adam deyildi, – izahat verib açıq ürәklә әlavә etdi. –
            Görürәm, sәn bunu o saat başa düşmüsәn.
                Mattis qızı açıq-aşkar aldatmaq istәmәyib, “bәs necә” demәdi,
            yalnız çoxmәnalı tәrzdә:

                                       306
   301   302   303   304   305   306   307   308   309   310   311