Page 307 - Tarey Vesos_Макет 1
P. 307

Quşlar
             – Hm, – dedi.
             Amma hәr halda, qıza minnәtdar idi.
             Mattis әsәbi halda:
             – Bәs indi oğlanın var? – soruşdu. – Tәzәsini tapmısan?
             Qız laqeydcәsinә başını buladı:
             – Yox, demәk olar, yoxdu.
             – Hm.
             Hansısa namәlum sәbәblәrdәn qız yenә gülümsәdi, amma
          bu, xoş bir tәbәssüm idi. Nәhayәt, gәlişinin mәqsәdini açıqladı.
             – Mәni sizin evdә yaşayan meşәqıranın yanına göndәriblәr.
          Adı, deyәsәn, Yörgendi. Amma yәqin, günortalar evdә olmaz,
          elәmi?
             Mattis sәhv salmışdı. Bu qız  Yörgenin yanına gәlmişdi.
          Qaşqabaqlı halda:
             – Hә, meşәdәdi, – dedi.
             – Onda sözümü ona sәnin vasitәnlә çatdıraram. Sözlәri qarış -
          dırmazsan ki? – qızın nәsә qeyri-ixtiyari ağzından çıxdı.
             Mattis qızardı. Amma gәnc qız özündәn razılığının havasında
          bunu hәtta sezmәdi.
             Mattis nәyisә sәhv salacağından ehtiyatlanıb tapşırığı öz
          üzәrinә götürmәyә cürәt etmәdi, hәm dә mәsәlә Yörgenlә bağlı
          idi.
             – Yaxşısı budu, bacıma deyәsәn, o, evdәdi, – kәdәrli baxışlarla
          mәslәhәt gördü.
             Qız gülümsәdi.
             – Doğrudu. Mәn tamam unutmuşdum.
             Yüyrәk ayaqları qızı ondan uzaqlaşdırdı. Mattis onun arxasınca
          baxdı.  Artıq çoxdan onu bağışlamışdı. Bu yay o dәyişmişdi,
          çünki İnger vә Annayla göldә üzmüşdü, çünki göy gurultusundan
          qorxmamışdı, çünki adam daşımışdı. Odur ki, yerinә düşmәyәn
          sözlәrinә görә bu qızı bağışlamışdı.
             Üstәlik, indi beynindә yeni fikirlәr yaranmışdı; bu qızla
          yenidәn söhbәtlәşmәk istәyirdi. Cığırla qalxıb elә bir yerdә
          dayandı ki, evdәn baxanda görünmәsin vә gözlәmәyә başladı.
          Geri qayıdanda qız mütlәq yanından ötüb-keçәcәkdi.

                                    307
   302   303   304   305   306   307   308   309   310   311   312