Page 311 - Tarey Vesos_Макет 1
P. 311
Quşlar
Qızın nurlandırdığı hәmin o daşın üstündә oturduğu müddәtdә
ona vәhy gәlmişdi. Bu әzabverici ümidsizlikdәn yeganә çıxış
bax budu: Xeqe, Yörgen vә mәn. Valdşnep onlarla deyildi, başqa
yerdәydi.
Sanki özündәn xәbәrsiz yenidәn hәmin daşın üstündә
oturmuşdu.
Ucadan:
– Bu, necә dә ağırdı, – dedi. Amma onu eşidәn olmadı.
Düşündü ki, ağıllı olmaq ağır işdi.
41
Plan gizli qalmalıydı. Hәr şey ciddi mәxfiliklә aparılmalıydı.
Hәtta Xeqeyә dә bir kәlmә demәdi – elә o dәqiqә işә qarışıb
etiraz edәcәkdi.
Amma şәrtlәr hәddәn artıq sәrt idi, odur ki, tapıntısının
sevinci artıq avazıyanda qәrara aldı ki, daha münasib çıxış yolu
axtarmağa tam haqqı var.
O biri gün Yörgenin işә getmәsini gözlәyib, ardınca tәntәnәli
surәtdә Xeqenin qarşısında peyda oldu. Bacısı koftalarıyla baş-
başa oturub nәsә zümzümә elәyirdi.
Oxumağını saxlayıb:
– Mattis, xeyir ola? – soruşdu.
Qardaşının üzünün ifadәsindәn oxunurdu ki, mәsәlә nәsә
ciddidi.
– Ciddi mәsәlәdi, – dedi, – sәn düşünәndәn dә ciddi.
Xeqe tәlәsirmiş kimi:
– Di başla görәk, – dedi.
Mattisin sәsi elә çıxdı ki, elә bil boğazı qurumuşdu. Әn
çәtinindәn başladı:
– De görüm, sәn kiminlә olmaq istәyirsәn – mәnimlә, yoxsa
Yörgenlә… indi...
Xeqeyә artıq heç bir izahat lazım gәlmәdi. Belә görünürdü
ki, onun heç fikirlәşmәyә dә ehtiyacı yoxdu.
311