Page 315 - Tarey Vesos_Макет 1
P. 315
Quşlar
Yәqin, sabah da külәk olacaq. Vә mәnә bu işi görmәyә mane
olacaq. Mәn ancaq sakit havada üzә bilәrәm. İndi daha yatmaq
olar.
O dәqiqә yuxuya getdi. Bu gün onun üçün gәrgin vә ağır
keçmişdi.
43
Sakit, külәksiz hava vә hamar göl – Mattisә lazım olan yalnız
bu idi. O, hәyatını sınaqdan keçirәndә su şüşә kimi olmalıydı.
Odur ki, külәyi diqqәtlә izlәyirdi.
Hesab elәyirdi ki, bu, onun üçün vacib şәrtdi.
Külәkli hava bir neçә gün çәkdi.
Avarlar da, qayıq da hazır idi. Mattis hәr sәhәr ürәyi döyünә-
döyünә yuxudan oyanırdı: görәn, göl nә vәziyyәtdәdi?
Amma hәr sәhәr külәk әsirdi vә Mattisin sinәsindәn yapışan
caynaqlar sanki boşalırdı.
Daha bir gün lazım gәlәcәk. Vә heç kimin bundan xәbәri
yoxdu. Necә dә qәribәdi.
Sonra düşündü ki, belә dә olmalıdı.
Heç bir işlә mәşğul olmurdu. Yörgen daha ondan adam
daşıyıb-daşımayacağını soruşmurdu, onunla meşәyә getmәyi dә
tәlәb etmirdi.
Muxomorlar yenә yerlәrindәydi vә hәdәlәyici tәrzdә qızarsalar
da, daha Mattisi hәyәcanlandırmırdılar. Onlar artıq heç nәyi
dәyişә bilmәzdilәr.
Vә heç kimin heç nәdәn xәbәri yox idi. Xeqeylә Yörgen bu
hәddәn artıq qalın avarları görsәlәr dә, ağıllarına başqa şey
gәlmir, düşünürlәr ki, sadәcә mәn onları naziklәşdirә bilmirәm.
Bәlkә, doğrudan da, ağıllı olmuşam?
İndi bu, mәnә çox lazımdı.
Yenә sәhәrdi. Mattis bütün gücünü cәmlәyib gözlәyir. Gәrәk
sәbrini boğsun. İndi Xeqe mәtbәxdә Yörgenә deyәcәk: bu gün
göl lap şüşә kimidi.
315