Page 318 - Tarey Vesos_Макет 1
P. 318

Tarey Vesos
                – Demәk, bu qayıq o qәdәr dә etibarlı deyil? Mәncә, sәn
            gәrәk daha onunla üzmәyәsәn.
                Mattis mızıldandı:
                – Nәdi, mәn öz qayığımı tanımıram?!
                – Sәn ona etibar elәyirsәn? Mәn qәti istәmirәm ki, sonra sәni
            gölün dibindәn çıxaraq.
                – Boş şeydi.
                Mattis hәyәcanlandı, sanki sirrini açıb tökmüşdü. Amma yox,
            hәr şey yerindәydi, düşünürdü ki, lazım olandan artıq heç nә
            demәyib. Çox ağıllı söz demişdi. Bu qәnaәtdәydi. Ağlından keçdi
            ki, yaman qәribәdi, nәdәnsә adam iş-işdәn keçәndәn sonra
            ağıllanır:
                – Sakit havada onunla bütün günü rahat üzә bilәrәm, – dedi. –
            Xeqe, sәn heç narahat-zad olma, nәyin düz, nәyin sәhv olduğunu
            mәn bilirәm. Hara ayaq basmaq olar, hara yox, – bunu da yaxşı
            bilirәm.
                Xeqe:
                – Xahiş elәyirәm, ehtiyatlı ol, – dedi vә getdi. Amma dәrhal
            da qayıtdı: – Hәr halda,  Yörgendәn xahiş edәcәm, qayığına
            baxsın, bәlkә, heç etibarlı deyil. Yörgenin qayıqdan başı çıxır.
            Әgәr desә yararlı deyil, gәrәk daha onunla gölә çıxmayasan.
                – Yenә bu Yörgen! – Mattis hiddәtlәndi.
                Mәhz indi, bu vәziyyәtdә bacısı  Yörgenin adını dilinә
            gәtirmәmәliydi. Mattis özündәn çıxdı:
                – Yörgensiz dә keçinәrәm! O, mәnә lazım deyil! Әgәr dartıb
            gәtirsәn, әlimdәn xata çıxacaq!
                Xeqe karıxdı.
                – Mattis, әzizim…
                – Bәsdi, bu Yörgenini, hara gәldi, soxuşdurma! Әgәr yanıma
            gәlsә, kim olduğunu üzünә deyәcәm!
                Xeqe:
                – Sakit, sakit, özünә gәl, – dedi. – Yörgenә heç nә demә. O,
            yaxşı insandı, sәnin dә yaxşılığını istәyir.
                Mattis artıq özünә nәzarәt elәyә bilmirdi, qeyri-ixtiyari:
                – İndi hәr şeyi hava hәll edәcәk, – dedi.
                – Hava?
                                       318
   313   314   315   316   317   318   319   320   321   322   323