Page 322 - Tarey Vesos_Макет 1
P. 322

Tarey Vesos




                                        46

                Görünür, hәr halda, sәhәrә yaxın onu mürgü aparmışdı vә
            Xeqenin onun yanından ötüb mәtbәxә keçdiyini hiss etmәmişdi.
            Yörgenin dә bura necә keçdiyindәn xәbәri olmamışdı. Oyananda
            artıq hәr ikisi mәtbәxdәydi. Qulağına qab-qacaq sәsi gәlirdi. Bu
            söz isә yuxusunu tamam qaçırdı:
                – Bu gün hava necә dә sakitdi, göl dә elәcә…
                Bunu Xeqe dedi.  Vә bacısı sözünә elә bir xüsusi mәna
            vermәdi, sadәcә, Yörgenin özüylә aparacağı naharı hazırlaya-
            hazırlaya, ya da ona qәhvә süzә-süzә sözgәlişi ağzından çıxardı.
                – Aha. – Yörgen dә sözgәlişi cavab verdi.
                Xeqe:
                – Demәk, o, bu gün gölә gedә bilәr, – dedi.
                Yörgenin ona nәsә deyib-demәdiyini eşitmәdi, sanki bütün
            bәdәni qıfıllanmışdı. Fikirlәri müxtәlif istiqamәtlәrә qaçışaraq
            onu çaşdırmışdı. Amma hәr halda, düşüncәlәrini kiridib özünü
            toparlaya bildi.
                Olduğunuz yerdә dә dayanıb-qalın, – fikirlәrinә göstәriş verib
            geyinmәyә başladı. İndi isә planını hәyata keçirmәli idi.
                Pәncәrәdәn gölә baxdı. Gecә evdәn çıxanda gördüyü kimiydi.
            Yalnız üzәrindәki duman yüngülcә tәrpәnirdi. Gözәl bir yaz
            sәhәri idi. Günәş hәlә gözә dәymirdi, amma tezliklә görünәcәk
            vә torpağı isidib, dumanın olub-qalanını da әridәcәkdi.
                Mattis nә qәdәr elәsә dә, fikirlәrini bir yerә yığa bilmәdi,
            mәtbәxә keçәndә bu, onun üzündәn dә oxunurdu. Bacısı tәk
            oturmuşdu. Yörgen artıq çoxdan meşәyә yollanmışdı vә Mattis
            buna sevindi.
                Xeqe bunun adi sәhәrlәrdәn biri olmadığını hiss edәn kimi
            Mattisdәn:
                – Nә baş verib? – soruşdu.
                Mattis cavabında başını buladı, vәssalam.
                Bacısı, köhnә adәti üzrә, әmrlә:

                                       322
   317   318   319   320   321   322   323   324   325   326   327