Page 309 - Tarey Vesos_Макет 1
P. 309

Quşlar
          sualın cavabını özü dә bilmirdi. O qızdan nәsә eşitmәkmi, onunla
          yanaşı oturmaqmı? Amma bir şeyi dәqiq bilirdi ki, susmaq olmaz.
          Qız onun danışmasını sanki baxışlarıyla tәlәb edirdi.
             Fikirlәri qarışa-qarışa:
             – Doğrudan da, ağıllı sözdü, elәmi? – soruşdu.
             Qız xırda budağı yanaqlarına sürtürdü, ayaqlarını yellәyirdi,
          nәsә sakit oturub qala bilmirdi.
             – Hansı söz?
             – Yastı daşlardan dediyim, üstündә oturmaq yaxşı olur, sözü.
             Qız üz-gözünü turşutdu vә sıçrayıb qalxdı:
             – Sәn dә ora çәkirsәn? – tәәssüflә soruşdu.
             Deyәsәn, ondan incidi…
             Mattis yerindәn qalxmadan tәşvişlә:
             – Hara ora? – soruşdu.
             Qız indi çıxıb gedәcәk. Mattis tәrpәnmәyә qorxurdu:
             – Mәn bilmirdim ki, belә danışmaq olmaz, – mızıldandı.
             – Yaxşı. Onsuz da, getmәliyәm.
             – Bilirsәn…
             Qız sözünü kәsdi:
             – Boşla görәk, işimiz-gücümüz var. Bu mәsәlәnin sәninlә
          mә nә heç bir aidiyyәti yoxdu. Danışdıq?
             Qız artıq yola düzәlmişdi. Ona dostyana, hәtta bir qәdәr
          utana-utana göz elәdi vә addımladı.
             Mattis xatirәlәrindәn yapışdı.
             – Onlar qәti belә deyildilәr, – dedi. – Mәn onlarla xeyli da -
          nış mışdım.
             Qız dәrhal ayaq saxladı.
             – Kimlәri deyirsәn? Sәn kimlәrdәn danışırsan?
             Mattis astaca:
             – İngerlә Annadan – dedi vә soruşdu. – Sәn onlar barәdә
          eşitmisәn?
             – Әlbәttә…
             – Biz bütün günü göldә üzüb söhbәtlәşirdik. Onlar tamam
          başqa cür idilәr.
             Qız Mattisә tәrәf qayıdıb gözlәrinә baxdı. Peşman olmuşdu.

                                    309
   304   305   306   307   308   309   310   311   312   313   314