Page 305 - Tarey Vesos_Макет 1
P. 305

Quşlar
             Amma az sonra gözünә artıq çәpәrin o biri tәrәfindә olan
          daha bir muxomor sataşdı. Bu, ondan da gözәl idi. Bunu
          tapdalamadı, nәsә elә bil Mattisә istilik gәldi vә o, buradan
          uzaqlaşdı. İndi bilirdi ki, buralarda hәr tәrәf muxomorla doludu –
          çәpәrin yanları da, tәpәciklәrin arası da, meşә dә.
             Onların evlәri sanki ölümlә dövrәlәnmişdi.
             Doğrudanmı hәmişә belә olub? Әvvәl nәsә bunu sezmәmişdi.
          Bu muxomorlar, görәn, haradan peyda olur? Bәlkә, onlar insanların
          baxışları altında yetişib böyüyür?
             Düşündü ki, bәlkә, Yörgen dә elә bu dövrәnin içindә ölәcәk?
          Axı o, dörd bir tәrәfdәn zәhәrlә әhatәlәnib!
             Yox, yox! Mәn bunu istәmirәm!
             Amma bu fikir yenidәn sanki ilan kimi beynindә süründü.
             – Necә edim? – yerindәcә donub-qalmış halda tәşvişlә
          özündәn soruşdu.
             Mәn gәrәk nәsә edәm. Yoxsa yenә onun üstünә atılacam.
             Hәr şey hәmişәki kimi yekunlaşdı, o, yenә ağıllıların mәslәhәtinә
          ehtiyac duydu.  Vә hәmişәki kimi, bu, Xeqe idi. Heç bir izah
          vermәdәn:
             – Sәnә elә gәlmir ki, bu il muxomor yaman çoxalıb? –
          soruşdu.
             Xeqe:
             – Nәsә hiss elәmәmişәm, – dedi. – Mәncә, elә deyil, – әlavә
          edib işiylә mәşğul oldu.


                                     39


             Vә sanki heç kimin zәhәrli dövrәyә alınmadığına işarә kimi
          cığırda bir qız göründü.
             Mattis gözlәrinә inanmadı. Bu qız ona tanış idi; yayda birlikdә
          tarlada işlәmişdilәr. Öz oğlanıyla bir-birlәrini çimdiklәyәn hәmin
          qız idi. Bu, möcüzәydi – belә ağır dәqiqәlәrdә qız cığırla onların
          evinә tәrәf düşürdü.
             Adacıqdakı macәralarını xatırlayıb düşündü ki, bu qız onun
          yanına gәlib.
                                    305
   300   301   302   303   304   305   306   307   308   309   310