Page 299 - Tarey Vesos_Макет 1
P. 299

Quşlar
          kömürün üstә olan yol qәhvәdanını götürüb silkәlәdi, tünd meşә
          qәhvәsini fincana süzüb Mattisә uzatdı:
             – Al, iç!
             – Nәyә görә? – Mattis ikrahla soruşub fincanı elә itәlәdi ki,
          içindәki qәhvә dağıldı. İçinin bu qiyamından qorxsa da, eyni za-
          manda qürur hissi keçirdi.  Yörgenin özü dә, iradәsi dә onun
          yanında nәydi ki?! Gözünü dә qırpmadan muxomoru yedi! İndi
          bu Yörgenә dәrsini verәr. Mattis havalı kimi әlini qaldırıb onu
          vurmaq istәdi.
             Fincan  Yörgenin әlindәn düşdü, sifәti sanki donub-qaldı,
          amma Mattisin bilәyindәn vaxtında tuta bildi – zәrbә alınmadı.
          Mattisin әli meşәqıranın güclü ovcunda ölәzidi.
             – Sәnә nә olub, ağlın çaşıb?
             Mattisin gözlәri hәdәqәsindәn çıxmışdı:
             – Burax!
             Yörgen әlini boşaltdı, amma bu hәrәkәti Mattisin sözünә
          görә elәmәdi, fincanı yerdәn götürüb yaxınlıqda axan çeşmәnin
          suyu ilә doldurdu.
             – İç! Tez elә, iç! Sonra iki barmağını boğazına bas ki, qaytara
          bilәsәn.
             Mattis sanki özgә sәslә:
             – İstәmirәm, mәnә belә dә yaxşıdı, – dedi.
             Ona elә gәlirdi ki, içәrisindә hәr şey alışıb-yanır. Vә o, bu
          alovu söndürmәk istәmirdi – Yörgenә dәrs vermәliydi! Mattis
          gücünün vә ağlının necә sürәtlә artdığını hiss edirdi.
             Yörgen başqa üsul tapdı:
             – Özün bilәrsәn, – dedi. – Әslindә, dәhşәtli bir şey dә olmaz,
          bir tikә göbәlәkdәn ölmәzsәn. Çox az udmusan. İndi otur, özünü
          dә adam kimi apar.
             – Nә? – Mattis xırıltılı sәslә soruşdu.
             Amma tәslim oldu. Oturub hәtta bir az su da içdi. Nәsә elә
          bil yuxudaydı. Budu, artıq әvvәlki adam deyil. Axı o, başqalaşmaq
          istәyirdi. Ona görә dә zәhәrli göbәlәkdәn yedi.
             Başı vә bәdәni sanki özünә mәxsus deyildi, çox yüngüllәşmişdi,
          elә bil uçurdu. Ona elә gәlirdi ki, eyni vaxtda bir neçә yerdәdi.

                                    299
   294   295   296   297   298   299   300   301   302   303   304