Page 296 - Tarey Vesos_Макет 1
P. 296

Tarey Vesos
            budaqları altında diri-diri basdırılmış kimi hiss edirdi. Mattislә
            Yörgen başlarını daşın üstә qoyaraq, gözlәrini yumub yerdә
            uzanmışdı.
                Bax elә indi әsl vaxtıdır.
                İrәli, göy gurultusunun içinә! Mattis özünә ürәk-dirәk vermәk
            üçün o hadisәni düşündü. Astaca qalxdı. Yörgen dәrhal gözlәrini
            açdı. O, çox sayıq idi.
                – Mattis, gәl bir az da dincәlәk.
                Mattis hiddәtlә:
                – Yox, yox, sәninlә danışmalıyam, – dedi.
                Bu yerdә başqa tonla danışmaq olmazdı.
                – Onda ürәyini boşalt gәlsin.
                –  Yәqin, özün dә görürsәn ki, gün-gündәn daha da pis
            işlәyirәm.
                Bu, hәqiqәt idi, Mattis, doğrudan da, indi әvvәlkindәn dә pis
            işlәyirdi. Yörgen özü dә görürdü vә indi bunu Mattisin öz dilindәn
            eşitmәk ona xoş deyildi.
                – Hә, sәn necә adamsan axı? Nәsә heç cür anlamıram – bu
            dәfә Yörgenin sәsi sәrt idi.
                Mattisi cәsarәtlәndirәn dә elә bu sәs oldu:
                – Bәs sәn necә adamsan? Xeqeni kim mәndәn aldı? Sәncә,
            bu, yaxşı hәrәkәtdi?
                Yörgen pәrt olub:
                – Nәsә belә alındı, – dedi.
                Susdular. Xeqe sanki xәyalәn dә olsa, heç birinin tәrәfini tut-
            madan onların arasında dayanmışdı.
                Yörgen sükutu pozdu.
                – Yaxşı olar ki, sәn özünü yox, Xeqeni düşünәsәn. Ona görә
            sevinәsәn. Elә bilirsәn, hәyat әvvәllәr ona xoş idi?
                Mattisin nitqi tutuldu. Donuxub qalmışdı. O, hәr şeyә dörd
            bir tәrәfdәn  belә cәld baxa bilmәk iqtidarında deyildi. Yörgen,
            әlbәttә ki, haqlıdı, amma…
                O qımıldanmadan otursa da, aciz halda qanadlarını çırpan
            quşa bәnzәyirdi. Dünya qәflәtәn peyda olub, insanı әzәn güclә
            doluymuş. Özü dә güc dedikdә, tәkcә bu Xeqe, Yörgen vә qalan

                                       296
   291   292   293   294   295   296   297   298   299   300   301