Page 293 - Tarey Vesos_Макет 1
P. 293
Quşlar
Mattis astadan:
– Mәn bu tәrәfini unutmuşdum, – dedi. – Fikrimdә tamam
ayrı şey tutmuşdum.
– Nә olub sәnә?
– Yox, yox, hәlә ki heç nә. Bunu sәnә qabaqcadan deyә
bilmәrәm.
Mattis hiss elәdi ki, başında hәr şey bir-birinә qarışır.
– Ona görә qaçıb gәldim ki, sәninlә danışım, sәni görmәk
istәyirdim.
Xeqe üzünü turşutdu.
– Mәni görmәk üçün? Sәn dә söz danışdın! Mәni elә qorxutdun
ki, elә bildim ona nәsә olub.
Bu başlanğıc Mattisin dәrhal hәyata keçirmәli olduğu gözәl
planına heç dә uyğun deyildi. Yörgen meşәdә işlәdiyi vaxt
Xeqenin ona olan etimadını yenidәn qaytarmaq üçün niyә axı bu
cür qaçmaqla özünü axmaq yerindә qoymuşdu? Orada ona elә
gәlmişdi ki, bu, vәziyyәtdәn çıxış yoludu. Bәs indi? Yox, Xeqe
Yörgeni yaman çox istәyir, әzilmәdiyini eşidәn kimi, xoşbәxtlikdәn
özünü göyün yeddinci qatında hiss etdi.
Hәr halda, onlar çәpәrin yanında dayandıqları vaxt Xeqe
istәr-istәmәz Mattisә öz planını hәyata keçirmәkdә yardımçı
oldu. Mattis nәfәsini güclә alırdı. Xeqe sevinc içindә onu
qucaqlayıb tәpәciyin üstündә özüylә yanaşı oturtdu. Şәn sәslә:
– Әylәş, nәfәsini dәr, – dedi. – Qaçıb әmәllicә tәrlәmisәn.
Onlar tәpәciyin üstündә böyür-böyürә oturmuşdular. Sanki
bir vaxtlar olduğu kimi, yenә yer üzündә ikisindәn başqa, heç
kim yox idi.
Çıxış Mattisin düz gözlәri önündә parladı – nә edәcәyini
anladı.
İlk әvvәl Xeqeyә gülümsәdi.
Bacısı da xoşbәxtcәsinә ona gülümsәdi.
Sonra başını tәrpәtdi.
Xeqe dә başını tәrpәtdi.
Sanki unutduqları vә indi qәflәtәn yenidәn xatırladıqları bir
oyunun içindәydilәr.
293