Page 289 - Tarey Vesos_Макет 1
P. 289

Quşlar
             – Keçmiş günlәrimiz yadındadımı? – deyib davamını gәtirmәdәn
          getdi. Birdәn-birә sanki xatirәlәr burulğanına düşmüşdü.

                                     35


             Bir sәhәr Yörgen ona yaxınlaşdı. Aydın görünürdü ki, fikrindә
          nәsә tutub. Mattis diksindi: bu dәfә onu növbәti, birincidәn dә
          ciddi sınaq gözlәyirdi. Sәrin sentyabr sәhәriydi, gölün üzәriylә
          üzәn pambıq kimi buludların arasından ara-sıra sәma göyәrirdi.
             Yörgen, adәti üzrә, meşәyә getmәyә hazırlaşırdı. Yolqabağı
          Mattisә müraciәtlә:
             – Mәnimlә gәlmәli olacaqsan, gedәk meşәni birlikdә yerә
          yıxaq.
             Mattis qısaca:
             – Mәn gölә getmәliyәm, – dedi.
             Yörgen:
             – Payız aylarında müştәri nә gәzir, – dedi. – Bu gün mәnә
          yoldaşlıq elәyә bilәrsәn.
             Bu sözlәr, tәxminәn, әmr kimi sәslәndi. İndi Yörgen Mattislә
          ancaq bu tonda danışırdı.
             Mattis Xeqedәn:
             – Mәn Yörgenlә meşәyә getmәliyәm? – soruşdu.
             – Әlbәttә, gedә bilәrsәn. O, sәnә ağacı necә yıxmağı öyrәdәr.
          İndi sәninlә özümә sәhәr yemәyi hazırlayaram.
             Mattis çaşıb qalmışdı.
             Yemәk barәdә daha narahatlıq yox idi. Meşәqıranın sayәsindә
          indi evdә, әvvәlkindәn fәrqli olaraq, bolluq idi. Mattis etiraz
          etmәdi, amma ürәyincә deyildi.
             Hәr şey hazır olanda Yörgen:
             – Gedәk, – dedi.
             – Niyә axı mәn sәninlә meşәyә getmәliyәm?
             – Ağacları necә yıxmağı öyrәnmәk üçün.
             Bu, göy gurultusu vaxtı onu ayaqyolundan çıxarmaq üçün
          olan hәdәyә oxşayırdı. Axı istәdiyi tәzәcә qaydasına düşürdü,
          öhdәsindәn gәlә bildiyi daimi iş yeri var idi.

                                    289
   284   285   286   287   288   289   290   291   292   293   294