Page 285 - Tarey Vesos_Макет 1
P. 285

Quşlar
             Göy gurultusu?!.
             Dağların arxasından qara buludlar qalxırdı. Elә bu an haradasa
          göy guruldadı.
             Demәk, belә, iş bitdi. Mattis düşündü ki, belә havada adam
          daşımağa mәcbur deyil, xoşbәxtlikdәn, mәcbur deyil.
             Qayığını әlavә bir kәndirlә dә bağladı, güclü külәyin ola
          bilәcәyindәn ehtiyatlanıb avarlarını gizlәtdi vә daha heç nә
          fikirlәşmәdәn hәmişәki sığınacağına qaçdı. Hava sanki onu bütün
          mәsuliyyәtlәrindәn azad etmişdi. Evә qalxanda Xeqenin sözlәri
          yadına düşdü: Kişi ol! Ayaq saxlayıb bu sözü bir neçә dәfә tәkrar
          etdi.
             Mattis uzaqdan Yörgenin evә girdiyini gördü. Bәlkә, meşәdә
          zәdәlәnib? Yox, oxşamır. Görünür, bu gün heç meşәyә getmәyib,
          bütün vaxtını evdә Xeqeylә birlikdә keçirib.
             Onları da başa düşmәk olmur: nә Yörgen ağac qırır, nә dә
          Xeqe kofta toxuyur. Belә getsә, evdә işlәyәn tәk mәn olacam.
             Gurultu sәsi güclәndi vә o, addımlarını yeyinlәtdi. Bәlkә,
          evә girib sәsin bitmәsini Xeqe vә Yörgenlә birlikdә gözlәsin?
          Hәm dә onlara sübut etsin ki, әsl kişidi!
             Yox, qorxuram. Mattis kişi kimi etiraf etdi.  Vә birbaş
          sınaqlardan çıxmış sığınacağına üz tutdu. Bugünkü gurultu sәsi,
          bәlkә dә, әvvәlkindәn zәif idi, amma qorxurdu. Ayaqyoluna girib
          qapını vә qulaqlarını örtdü.
             Hәr halda, gurultu sәsi kifayәt qәdәr vahimәliydi. Divarın o
          tәrәfi guruldayırdı, budu, hәmin o canüzücü sәs dә eşidildi.
          Mattis büsbütün büzüşdü. Artıq o, kişi olmaq mәsәlәsinin hәddәn
          ziyadә ciddi mәna alması barәdә düşünmürdü.
             Amma ilk dәfәydi ki, burada da tәhlükәsizlikdә deyildi. Yör-
          genin divarın o üzündәn gәlәn hökmlü sәsindәn onu nә göy gu-
          rultusu, nә dә qulaqlarına tıxadığı barmaqları xilas edә bilirdi.
             – Mattis, çölә çıx!
             Ani düşündü ki, az әvvәl o da eynәn bu cür Yörgeni çardaqdan
          düşmәyә mәcbur etmişdi.
             Yörgen qapının arxasından qışqırdı:
             – Nәdi, istәyirsәn, sәni oradan zorla çıxarım? Sәnә çıx
          deyirәm!
                                    285
   280   281   282   283   284   285   286   287   288   289   290