Page 286 - Tarey Vesos_Макет 1
P. 286

Tarey Vesos
                Bu, nә demәkdi? O, Yörgendәn qorxmurdu. Amma dedi ki,
            sәni oradan çıxararam. Bu sözdәn sonra ayaqyolunda qalmaq
            ayıb idi. Çöldә gurultu sәsi hәlә kәsilmәsә dә, qorxudan rәngi
            ağarıb, ayaqları daş bağlasa da, özünü çıxmağa mәcbur etdi –
            әks halda, o, әn aciz bir adam olacaqdı. Yörgen qapının ağzında
            dayanmışdı vә ona meydan oxuyurdu.
                – Gәlirәm, – içәridәn qışqırdı.
                Cәftәni qaldırıb qapını açan kimi ildırımdan gözlәri tutuldu.
            İldırım sanki içindәn keçdi, amma birtәhәr ayağını irәli uzadıb
            otun üstünә qoydu. Göyün gurultusu üstünә şığıdı. Yağış hәlә
            başlamamışdı. Mattisin tor gәtirmiş gözlәri, demәk olar, heç nә
            görmürdü:  Yörgen elә bil duman içindәydi, bir az o tәrәfdә,
            artırmada dayanmış Xeqeni güclә görürdü. Deyәsәn, bacısı
            Yörgenә әl elәdi ki, Mattisi rahat buraxsın.
                Mattis:
                – Hә, gәldim! – elan edib irәli addımladı.
                Ayaqlarını hiss elәmirdi. Birbaş Yörgenin üstünә yeriyәndә
            hәtta sәndirlәdi. Yenidәn ildırım parladı.
                – Yörgen, nә istәyirsәn mәndәn?
                Yörgen tәrpәnmәdәn sakitcә dayanıb gözlәyirdi:
                Mattis ildırıma vә göy gurultusuna әyilmәdәn addımlayırdı,
            o sınmamışdı, barmaqlarını qulaqlarına tıxamamışdı, dipdiri açıq
            gözlәrlә düz nәsә sözü olan Yörgenin üstünә yeriyirdi… Qoy
            görsün!
                Artıq lap yaxınındaydı vә donub-qalmış Yörgen onu qarşılayırdı.
            Yörgen:
                – Yaxşı, – dedi, bircә bu sözü, vәssalam.
                Amma Mattis hiss etdi ki, bu bir kәlmәdә çox mәna var. Әn
            әsası isә hörmәt vardı.
                Mattis әsirdi, yaxşı ki ayaqları ona naxәlәf çıxmırdı, aparırdı.
            Ona qarşı hansı hisslәr – doğmalıq, ya qorxu keçirdiyini anlamadan
            Yörgenә baxdı. Hәyәcanla:
                – Eşidirәm. De görüm, mәndәn nә istәyirsәn? – soruşdu.
                Yörgen cavabında:
                – İstәyirәm, bizim yanımıza gәlәsәn, başqa heç nә, – dedi. –
            Mәncә, orada oturmaq sәnә yaraşmır.
                                       286
   281   282   283   284   285   286   287   288   289   290   291