Page 297 - Tarey Vesos_Макет 1
P. 297

Quşlar
          bütün ağıllılar demәk deyildi, aman vermәdәn vә rәhm etmәdәn
          Mattisi öz qayığında bütün göl uzunu düşmәnini başına dәrd
          kimi evinә gәtirmәyә mәcbur edәn dә elә bu güc deyildimi?
             Yörgen:
             – Gәl daha bu haqda danışmayaq, – tәklif etdi, çünki Mattis
          cavab vermәdәn elәcә susub oturmuşdu.
             Mattis hirslә:
             – Mәn indi sәnin haqda pis fikirdәyәm, – dedi.
             – Bunun sәnә bir kömәyi olmayacaq.
             – Bәs nәyin kömәyi olacaq?
             Yörgen qәtiyyәtlә:
             – Söhbәti bağlayaq, – dedi. – Qoy hәr şey olduğu kimi
          qalsın.
             Mattis:
             – Yaxşı, – dedi.
             Beyni qәddar fikirlәrlә doluydu, amma “yaxşı” deyib tabe
          oldu. Tәzәdәn yerә uzandı.
             Onlar bellәrinә dinclik vermәk üçün oyuqda uzanmışdılar.
          Dörd bir tәrәf budaqlar vә oduncaqlar idi, yerdәn kötüklәr baş
          qaldırmışdı, otun üstü göbәlәklәrlә dolu idi. Yörgen budaqlardan
          birini әlindә tutub fikirli-fikirli yanındakı qırmızı muxomora
          vurdu. Muxomoru әzib bu gözәl göbәlәklәrdәn danışmağa başladı.
          Yörgen söhbәtin mövzusunu dәyişmәk istәyirdi.
             – Buna bax, Mattis. Әgәr kimsә belә bir muxomoru yesә,
          kitabı bağlandı.
             Qıpqırmızı göbәlәk zәrbәdәn iki bölünmüşdü – ağ, bәrk
          qarnı olan bu bitkinin içindә ölüm gizlәnmişdi.
             Mattis sәksәndi, amma elәcә uzanıqlı halda gözünü qırpmadan
          ona baxdı.
             – Doğru deyirsәn?
             Yörgen:
             – Hә, muxomor qorxulu göbәlәkdi, – dedi. – Qәdim vaxtlarda
          ondan sıyıq hazırlayıb öldürmәk istәdiklәri adama verirdilәr.
             Mattis gözünü muxomordan çәkә bilmirdi. Onu qeyri-ixtiyari
          dәhşәtli bir istәk bürüdü. Sanki muxomor dalğa kimi üzәrinә
          gәlib, onun zәif yerlәrini taparaq özünә tabe elәyirdi.
                                    297
   292   293   294   295   296   297   298   299   300   301   302