Page 341 - Tarey Vesos_Макет 1
P. 341

Nils Fet
          ki, hamının kömәyini qәbul elәyirәm.
             Öz acizliyindәn utanıb yumaq kimi büzüşdü.
             Mәn tamam acizәm, dәhşәt içindәyәm. Ona görә dә adamlar
          mәnә rәhmlә baxanda, hörmәt göstәrәndә, kömәk elәyәndә azca
          yüngüllәşirәm.
             O, ürәyindә Tanrıya yalvara-yalvara ayaqları altında özünә
          dayaq gәzirdi. Amma xeyri yox idi, dünәn haradasa mövcudluğunu
          hiss elәdiyi hәmin dayağı indi itirmişdi.
             Dünәn büsbütün yalanmış.
             Dünәn sәn öz-özünü aldatmısan...
             Sәn özgәninkini öz adına çıxmısan. Ölәnin haqqına yiyә lәn -
          misәn.
             Sevinirdin ki, onun meyitini aparırsan.
             Sәn atalıq yükünü tәmiz ürәklә çiyninә almamısan.
             Özünü nә sayırsan?
             Ona elә gәldi ki, ağır çarxlar üstündәn keçib bәdәnini xıncım-
          xıncım elәyir, dünәn axşamdan öz alәmindә qurub-yaratdığı
          xülyaların hamısını külә döndәrir. Bir gör nәylә fәxr edirmiş,
          nәylә hamının canına qorxu toxumu sәpib hörmәt qazanırmış.
          Nәdi, nәdi, atasının tabutunu aparır.
             Adam hәqiqәti yalnız gecәlәr etiraf edir.
             Nils heysiz-hәrәkәtsiz uzanmışdı, canında tәpәr deyilәn
          şeydәn әsәr-әlamәt belә yox idi. Zәrbә zәrbә dalınca gәlirdi.
             Amma mәnim axı cәmi on altı yaşım var. Özünә bәraәt
          qazandırmaq istәdi.
             Sus!
             Susuram.
             Çarx hәlә dә öz işindәydi. Elә hey fırlanırdı. Ondan yayınmaq
          üçün Nils düşüncәlәrinin istiqamәtini dәyişmәk istәdi. Bu dәfә
          gözü qarşısında birazdan görәcәyi mәnzәrә canlandı. Qızların
          bәdәnlәri, başqa görüntülәr bir-birini әvәz elәyirdi. Hәlә sonacan
          dәrk elәyә bilmәdiyi bu mәnzәrә onu hәm qorxudurdu, hәm dә
          özünә çәkirdi. Amma bu gecә altında qaldığı çarx hәr şeyi külә
          döndәrirdi. Vә bundan xilas yox idi. Gözü qarşısında alov qalxdı:
          bax!
             Evlәrini dörd bir tәrәfdәn dövrәyә alan qırmızımtıl-qәhvәyi
          torpaqlar od içindә idi. Günәş odu yerә yağdırırdı vә atası o
                                    341
   336   337   338   339   340   341   342   343   344   345   346