Page 348 - Tarey Vesos_Макет 1
P. 348

Tarey Vesos
                Bunlar hamısı mәnim idi.
                Hәrdәn deyәrdim: bu gün bu ağcaqovağı baltalayacağıq.
            Xeyli odun çıxacaq.
                Elә hәmin gün ağcaqovaq yerә gәlmәliydi.
                Yan-yörәsinә baxıb düşüncәlәrinin ardını gәtirdi.
                Hәrdәn dә deyәrdim: bu boş torpağı bellәmәk lazımdı, haydı,
            uşaqlar, qollarınızı çırmayın.
                Elә hәmin yay tәzә әkinlik peyda olardı.
                Qoca indiki cavanların hәr şeyә laqeydliyini, tәnbәlliyini
            yadına salıb kәdәrlәndi vә öz-özünә mızıldandı:
                – Әgәr mәn qolumu çırmalamasaydım, bu xam torpaqlar
            indiyәcәn әkilmәzdi.
                Sözlәrinin çәkisini artırmaq üçün ağacın gövdәsinә bir tәpik
            dә vurdu.
                Amma nahaq yerә, zәrbәdәn dizlәri әsdi. Bir anlıq. Elә bil
            әsmәcә ayağına toxunub keçdi.
                Düşündü ki, o bilәn kimi deyil.
                Yox, yox! – yenә fikrә getdi. – Sözlәrimi geri alıram, –
            indicә dediklәrindәn tez-tәlәsik imtina etdi. – Әslindә, mәn belә
            düşünmürәm, sadәcә, biz qocaları razı salmaq çәtin mәsәlәdi.
                Elә bu vaxt qocanın arxasında, payızın bәzәdiyi meşәdә dörd
            uşaq peyda oldu.
                Bazar günüydü vә onlar nәsә maraqlı bir şey görmәk, ya
            eşitmәk ümidiylә meşәdә veyillәnirdilәr. Bu darıxdırıcı, uzun
            gündә başlarını qatmağa yer gәzirdilәr. Dörd nәfәrdәn üçü oğlan
            uşağı idi, qoz ağacından qırdıqları budaqlardan düzәltdiklәri
            çubuqlarla göbәlәklәri, qarşılarına çıxan hәr şeyi vurub әzә-әzә
            gedirdilәr. Oğlanlar – Onunn, Xalvor vә Knut özlәrini qıza –
            Siqridә göstәrmәk üçün göbәlәklәrin başına min oyun açırdılar.
            Dәyib vaxtını ötürmüş göbәlәklәrin kәskin qoxusu alәmi bürümüşdü,
            başının papağı payız yağışı üçün hazır nәlbәki idi.
                – Bir bax, – deyә oğlanlar göbәlәklәri incidә-incidә özlәrini
            elә aparırdılar ki, guya Siqridә mәhәl belә qoymurlar.
                Amma Siqrid çox gözәl bilirdi ki, bir an da onların fikrindәn
            çıxmır, yәqin, yanaqlarının allanmağına da sәbәb bu idi.

                                       348
   343   344   345   346   347   348   349   350   351   352   353