Page 350 - Tarey Vesos_Макет 1
P. 350
Tarey Vesos
Elә bil o qızda ürәk-zad yoxdu.
Әsәbdәn Knutun ağlına ilk gәlәn bu oldu vә o, yerdәn göbәlәk
qoparıb qızın dolu dodaqlarının arasına basdı. Amma Siqridin
sifәtinin birdәn-birә necә dәyişdiyini görüb günahkar-günahkar
donub-qaldı.
Qız hönkürtüylә özünü yerә yıxıb sifәtini otların arasında
gizlәtdi.
Xalvorla Onunn heykәl kimi donub-qalan Knutun üstünә
atılıb onu yumruqlamağa başladılar. Cınqırları da çıxmırdı.
Danışan ancaq әllәriydi. Elә әn pisi dә bu idi. Knut qorxdu ki,
bәs indicә onu öldürәcәklәr. Var sәsiylә bağırdı.
Bu sәs Siqridi dә kiritdi, qız qorxa-qorxa başını qaldırdı.
Azca o tәrәfdә elә bil qәflәtәn yerin dibindәn peyda olan bir
kişi dayanmışdı.
Onların arxasındakı meşәdәn kobud, qocalmış bir sәs gәldi.
Bu sәs eynәn pas atmış cәftә kimi cırıltılıydı:
– Nә sәs-küy salmısız? Orada nә olub?
Sәksәndilәr.
Oy!
Qoca kişi.
Ona nә lazımdı?
Belini dikәldib әyri ayaqları üstә dayanan qocanın әlindә
çubuq var idi. Görkәmi yaman zәhmliydi. O, bir-bir uşaqları
gözdәn keçirib, nәhayәt, baxışlarını Siqridin bulaşıq sifәtindә
saxladı. Qız donunun әtәyi ilә sifәtini sildi. O, yenә әvvәlki kimi
nur saçdı. Oğlanlar bayaqdan bir-birlәrini qonaq etdiklәri
yumruqların tәsirindәn hәlә dә ayılmamışdılar. Hamı qocaya
baxırdı.
O, heç vaxt onların sahәlәrindә işlәmәmişdi, onlara nәsә bir
yaxınlığı yoxuydu, elәcә qonşuydu, vәssalam. Amma indi qәflәtәn
qarşılarında hakim qiyafәsindә peyda olmuşdu. Elә onları
әsәbilәşdirәn dә bu idi, hәm dә özlәrini, doğrudan da, tәqsirkar
sayırdılar.
– Heç nә olmayıb, – Onunn mızıldandı.
Araya bir anlıq sükut çökdü. Oğlanlar qocanı heyrәtlәndirmәk
istәdilәr. Bir-birlәrinә baxdılar vә Xalvor әrklә dedi:
350