Page 357 - Tarey Vesos_Макет 1
P. 357

Nağıl
             – Mәni yerdәn qaldırın!
             Gördüklәri nә idi? Elә dә qanıb-qandıra bilmәdilәr. Onları
          elә bil nәsә özüylә çәkib göylәrә apardı.
             Amma qoca daha uşaqların qışqırığını eşitmirdi. O, bütünlüklә
          yeniliyin müjdәsinin, selinin qızılı parıltısına diqqәt kәsilmişdi.
          Yarpaqların arasından axıb-süzülәn bu işıq günәşin elçisiydi. Bu
          gözqamaşdırıcı işıqla qocanın bu uzun ömürdә itirdiklәri bir-bir
          qayıdırdı: gücü, hәyat eşqi, möcüzәlәrә inamı, cavanlıq vә
          yetkinlik tәravәti... Hamısı bircә-bircә canına hopurdu. Qocanı
          dövrәyә alan uşaqlar öz ehtiraslarını ona da yoluxdurmuşdular.
          Vә indi bu ehtiras onun neçә illәrdәn bәri işlәnib köhnәlәn,
          genişlәnmәk qabiliyyәtini itirәn damarlarına axıb-dolmuşdu. Vә
          o nimdaş, o köhnә damarlar bu tәzyiqә tab gәtirә bilmәdi.
             Vә partladı. Köhnә tikişlәr sökülüb açıldı. Bircә anlıq parıltıyla
          hәr şey qeyb oldu. Hәmişәlik. Bәdәn uşaqların yolunu kәsdi.
             Uşaqlar qocadan elә möhkәm tutmuşdular ki, otluğa beşi dә
          qucaq-qucağa yıxıldı.  Vә sığın yanlarından ötüb-keçdi. Elәcә
          ötüb-keçdi.





























                                    357
   352   353   354   355   356   357   358   359   360   361   362