Page 275 - Tarey Vesos_Макет 1
P. 275

Quşlar
                                     31


             Sәhәr gördü ki, Xeqe gözünü Yörgendәn çәkmir. Әvvәl belә
          deyildi. İndi gözü yalnız Yörgeni görürdü. Bu, Mattisin xoşuna
          gәlmәdi. Artıq qapıdan çıxmağa hazırlaşanda meşәqırana yaxınlaşıb:
             – Sәn dünәn düz eşitmәmisәn, – dedi. – Mәn dә gic yerindә
          qaldım.
             Yörgen:
             – Ola bilәr, – cavab verdi.
             Vә meşәyә yollandı.
             Artıq bir kәlmә dә. Yörgenlә yaxınlaşmaq elә dә asan deyil.
          Xeqe bir kәnarda oturmuşdu, barmaqları millәrin üstündә donub-
          qalmış vәziyyәtdә gözünü kişilәrdәn çәkmirdi. Yörgen qapıdan
          çıxanda barmaqları yenidәn işә düşdü.
             Hәr şey hәmişәki kimiydi, amma hәm dә elә bil nәsә
          dәyişmişdi. Mattis bu haqda xeyli düşünüb cavab axtarırdı.
             Qәflәtәn hiss elәdi ki, ürәyi nabat istәyir. Vә dükana getmәyә
          hazırlaşdı. Hiss edirdi ki, keçirdiyi bu qorxudan sonra ona mütlәq
          toxtaqlıq lazımdı. Amma Xeqe pul vermәdi.
             – Dükana bu gün özüm gedәcәm, – dedi. – Axı çoxdandı ora
          elә özüm gedirәm.
             Bacısı düz deyir, – Mattis tamam unutmuşdu.  Axı o, nә
          vaxtdı bütün gününü göldә keçirir.
             – Sәn işini ata bilmәzsәn, – Xeqe davam elәdi. – Bu mәsәlәdә
          gәrәk ciddi olasan. Hәm dә dükanda hәmişә sәnә ilişib sorğu-
          suala çәkirlәr.
             – Mәnә heç kim ilişmir!
             – Amma ilişә bilәrlәr. Özü dә bu mәsәlәnin onlara heç bir
          dәxli yoxdu. Aydın oldu?
             Bacısı elә qәtiyyәtliydi ki, Mattis dәrhal tәslim oldu. Dünәn
          evә gәlib çıxanda Xeqe necә dә xoşbәxt görünürdü. Elә bu gün
          dә sifәti hәminki idi.
             Az sonra Xeqe ona yemәk bağlamasını göstәrdi. Narahatlıqla:
             – Yörgen öz yemәyini evdә qoyub, – dedi. – Yolüstü bunu da
          ona çatdıraram.

                                    275
   270   271   272   273   274   275   276   277   278   279   280