Page 273 - Tarey Vesos_Макет 1
P. 273

Quşlar
             Gecәnin bir alәmi qayıqçı çağırandan, nә desәn, gözlәmәk
          olar. Amma kim olur-olsun, onu eyni istiqamәtlә düzünә sürüb
          gәtirәcәm. Özü dә görәcәk. Hamı görәcәk! – qәtiyyәtlә özü
          özünә deyib qayığı suya itәlәdi.
             Gölün ortasından qırmızı Ay bayaqkı kimi nәhәng görünmürdü.
          Әvәzindә bura elә gözәl idi ki, adamda belә bir istәk yaranırdı:
          kaş bütün ömrü boyu qayıqçı olaydı.
             Mattis avar çәkmәyi saxladı.  Yuxarı qalxan avarlar әyri
          durmuşdu vә Ay işığında parlayırdı. Mattis sahilә diqqәt kәsildi.
          Yenә üzdü – harayı qaçırmasın deyә bu dәfә astadan.
             Amma onu çağıran yox idi.  Yәqin, kimdisә, o da qәrb
          tәrәfdәki tәpәlәrdәndi.  Vә qayığı ora istiqamәtlәndirdi.  Vaxt
          dayanmadan keçirdi. Sahilә necә gәlib çatmağından özünün dә
          xәbәri olmadı. Heç bir sәs eşitmәdәn bütün göl uzunu üzmüşdü.
             Elә bu vaxt canına nәsә bir ağırlıq çökdü – göy gurultusu
          öncәsi olduğu kimi. Amma әlini saxlamadı, qayığın altı qumun
          üstә xışıldayanacan avar çәkdi.
             İndi gәrәk qışqırıb burada olduğunu xәbәr versin.
             Yox, bu, çox tәhlükәlidi. Gecәnin bir alәmi bura gәlib çıxmağı
          özü  elә böyük bir iş idi.
             Amma qayıqçını idarә edәn sәs susmaq istәmәdi: lazımdı,
          Mattis, qışqır ki, buradasan. Bir halda ki bu işi boynuna götür -
          müsәn…
             – E-ey-y! – titrәk qışqırıq sәsi qәribә şәkildә ortadan qırıldı.
             Mattisin alnını soyuq tәr basdı.  Ayağa qalxıb var sәsiylә
          qışqırmaq әvәzinә arxada büzüşüb oturdu.
             Tәpәlik sükuta qәrq olmuşdu.
             Bir dә qışqır, Mattis…
             – Ey! – ölüvay sәslә yenidәn qışqırdı.
             Gecәquşu ağacların arasından sәsinә hay verdi.
             Bundan artığına ehtiyac da yox idi. Mattis bәrk-bәrk avarlardan
          yapışanda su çalxalanıb xeyli köpük әmәlә gәtirdi, köksündә isә
          dәli bir qorxu yuva saldı. Hәr şeyi unudub gücü gәldikcә avarları
          çәkdi, yalnız sahildәn xeyli uzaqlaşandan sonra dayandı. Qorxusu
          yavaş-yavaş çәkilirdi. Bir müddәt nәfәsini güclә ala-ala dincәldi.

                                    273
   268   269   270   271   272   273   274   275   276   277   278