Page 278 - Tarey Vesos_Макет 1
P. 278

Tarey Vesos
                Xeqe tez-tәlәsik:
                – Sәn nә bilirsәn axı? Әgәr ortada heç nә yoxdusa, nәyi
            bilirsәn? – soruşdu, – Sәn mәni tәngә gәtirmәmisәn.
                Mattis bacısının çox ağıllı olduğunu düşündü. Amma indi
            özü ondan ağıllıydı. İndi o, Yörgeni nәzәrdә tutmuşdu, bacısı da
            bunu dәrhal anladı, amma onun başını aldada bilmәdi. Qayıqla
            göldә üzәrkәn bu barәdә günlәrlә әbәs yerә düşünmәmişdi ki.
            Әgәr bacısını bezdiribsә, demәk, bu, Yörgenlә әlaqәlidi. Belә
            davam edә bilmәz, bu işә әncam çәkilmәlidi.
                Mattis birdәn çardağa tәrәf üzünü tutub:
                – Yörgen, bura gәl! – qışqırdı. Hündürdәn gәlәn sәsindә hәm
            dә hiddәt vardı.
                Xeqe narahat oldu:
                – Mattis! Nә elәmәk istәyirsәn?
                – Yörgen, düş aşağı!
                Xeqe qәrara aldı ki, qardaşı tamam çaşıb vә onu sakitlәşdirmәk
            üçün çiynindәn yapışdı.
                – Sus! – bacısı hirsli pıçıltıyla onu hәdәlәdi. – Nәdi, dәli ol-
            musan? O, sәnin haqqında nә fikirlәşәr? Gәl çölә çıxaq, Yörgeni
            rahat burax!
                – Yörgen!
                Xeqe çardağa tәrәf:
                – Ona qulaq asma, özü üçün sәfehlәyir, – qışqırdı.
                – Dayan, bax, düşür. – Mattis inadla tәrpәnmәk istәmirdi.
                Yörgen, doğrudan da, artıq aşağı düşürdü.
                Xeqe Mattisi buraxıb öz otağına tәrәf atıldı vә ardınca qapını
            çırpdı.
                Yörgen içәri keçib:
                – Nә olub, Mattis? – soruşdu. – Bu da mәn.
                Sәliqәli, әsl bazar günü qiyafәsindәydi – qәdd-qamәtli kişi,
            mahir meşәqıran. Mattis onun sualına cavab vermәdi, bu
            düşünülmәmiş hәrәkәtindәn özü dә tәәccüblәnmişdi.
                Yörgen kifayәt qәdәr kәskin tәrzdә:
                – Bu, nә sәfehlikdi belә? – soruşdu vә yaxın gәldi.
                Bu mәsәlәni biryolluq vә hәmişәlik hәll etmәk lazım idi.

                                       278
   273   274   275   276   277   278   279   280   281   282   283