Page 274 - Tarey Vesos_Макет 1
P. 274

Tarey Vesos
                Aydın mәsәlәydi ki, burada aparmağa adam yoxdu. İkimizi
            dә aldadıblar –  Yörgeni dә, mәni dә. Mattis belә düşünürdü.
            Yaxşı, bәs bizi kim aldadıb?
                Tәlәsmәdәn doğma sahilә üzә-üzә tәәccübünü boğa bilmirdi.
            Gecә isә bayaqkı kimi gözәl idi.
                Artıq çox gec idi. Xeqe onu artırmada tәk qarşıladı. Hәlә
            yerinә uzanmayıb? Niyә? Belә görünür, heç әynini dә dәyişmәyib.
                – Xeqe, nәsә olub?
                Bacısı başını buladı.
                – Nә yaxşı ki sağ-salamat qayıdıb gәldin, – dedi.
                Bacısı bu vaxtacan ona görә oturub qalmışdı. Ondan narahat
            olmuşdu. Mattisi isti basdı.
                Xeqenin ardınca otağa girәndә işıq yanılı idi. Mattisi heyrәt
            bürüdü: Ay işığında hiss edә bilmәmişdi, amma indi Xeqenin
            sifәtinin xoşbәxtlikdәn işıq saçdığı aydınca görünürdü.
                Bacısı heç bir sözü olmasa da:
                – Mattis, – dedi.
                – Nәdi?
                – Özüm dә bilmirәm.
                Mattis rahatlandı. Nә yaxşı ki onun belә bir bacısı var – bu
            vaxtacan oturub dalğalarla riskli mübarizәdәn sonra qardaşının
            sağ-salamat qayıdıb gәlmәsini gözlәyib.
                Mattis:
                – Sәn yata da bilәrdin, – dedi. – Bu, sәn düşündüyün qәdәr
            dә qorxulu deyil.
                Xeqe dili dolaşa-dolaşa:
                – Nә qorxulu deyil? – soruşdu.
                – Necә yәni? – Mattis tәәccüblәndi. – Necә qәribә adamdı,
            mәsәlәnin nә yerdә olduğunu artıq unudub. – Hәr halda, nә yaxşı
            ki mәni gözlәmisәn, – minnәtdarlıqla әlavә etdi.
                Xeqe başını tәrpәtdi. Nәsә heç özünә oxşamırdı.
                – Bircә mәni atma! – bu söz qәflәtәn içindәn çıxdı. Bacısı
            cavab vermәdi. Әslindә, Mattisin cavaba ehtiyacı da yox idi.




                                       274
   269   270   271   272   273   274   275   276   277   278   279