Page 272 - Tarey Vesos_Макет 1
P. 272

Tarey Vesos
                Yörgen onun düz gözlәrinin içinә baxdı. Bu da Mattisi hәr
            dәfә qorxudan gecә daşınması. Mattis bu günü hәmişә gözlәmişdi.
            Amma yox, qayıqçı  hәr şeyә hazır olmalıdı.
                – Aydın eşitdin, Yörgen? – soruşdu. – Bilirdim ki, gec-tez
            gecәlәr dә işlәmәli olacam. Xeqe mәni xәbәrdar elәmişdi.
                Köhnә vәrdişiylә bacısına baxdı. Xeqe dönüb tәlәsik pәncәrәyә
            yaxınlaşdı vә çölә baxdı.
                Yörgen:
                – Hә, qayıqçı özü öz ağası deyil, – dedi. – Kimәsә lazım
            olanda işlәmәlidi.
                Mattis başını tәrpәtdi. Yola çıxmağa hәtta bir qәdәr tәntәnәli
            hazırlaşdı, isti gödәkcәsini geyinib şapkasını başına qoydu.
            Nәhayәt, arxası ona tәrәf olan Xeqeyә vә bacısının yanında
            dayanmış Yörgenә:
                – Hәr şeyi mәn evә qayıdanda bilәcәksiz, indi sizә bir söz
            deyә bilmәrәm, – dedi. – Amma tez qayıdacağımı gözlәmәyin.
                Yörgen:
                – Aydın mәsәlәdi ki, burada adam görmәsәn, o biri sahilә
            üzmәli olacaqsan, – dedi.
                Mattis evdәn çıxdı.
                Çox qorxurdu. Amma Yörgenin qabağında içinin qorxusunu
            üzә çıxarmaq istәmәdi. O, gölә gedәcәk! Qoy Yörgen dә bunu
            bilsin.
                Payızın qanlı Ayı yaşıl tәpәlәrin üzәrindәn asılıb qalmışdı.
            Bu gözәllikdәn Mattisin ağzı açıla qalmışdı. Amma onun Ayın
            gözәlliyinә dalmağa vaxtı yox idi.  Tez-tәlәsik qayığına tәrәf
            düşdü. Sahildә onu gözlәyәn yox idi, әtraf sükut içindәydi, amma
            o artıq bura gәlmişdi, çünki Yörgenin sözlәrinә inanmışdı. Axı
            ağıllı Yörgen sәhv elәyә bilmәzdi.
                Suyun üzәriylә yüngül meh әsdi. Külәk daşların üzәrinә
            astaca toxunub Ay işığında oynadı.
                Bәlkә, bu dәfә qayıq dözmәdi? Axı o vaxt Yörgeni güclә
            gәtirә bilmişdi. Sonralar qayıqda özü tәk olmuşdu.
                Neynәk, bu gün qayığına minәn kim olur-olsun, suyu özü
            boşaltmalı olacaqdı. Budәfәki, yәqin, adi adam deyildi.

                                       272
   267   268   269   270   271   272   273   274   275   276   277