Page 279 - Tarey Vesos_Макет 1
P. 279

Quşlar
             Mattis:
             – Sәn daha burada qala bilmәzsәn, – deyib karıxdı. Bu
          sözlәrin ağzından necә çıxdığını özü dә bilmәdi. Amma xәyalәn
          bu sözlәri çox demişdi.
             – Belә de? Yaxşı, bәs tәqsirim nәdi? – Yörgen soruşdu. O,
          heç incimәmişdi, sadәcә, nә baş verdiyini anlaya bilmirdi.
             Mattis özünü saxlaya bilmәdi:
             – İstәmirәm ki, sәn mәnim bacımla gedәsәn!
             Yörgen özünü heç nә olmamış kimi aparırdı:
             – Mәn sәnin bacınla harasa getmәyә hazırlaşıb-elәmirәm.
          Niyә dә gedim? Tәzәcә özümә yer elәmişәm.
             Mattis dalana dirәnmiş kimi oldu.
             – Bilirsәn, Xeqe tamam dәyişib, sәbәb dә sәnsәn.
             – Doğrudan? Sәnә nәsә deyib?
             – Xeqe… – Mattis sözә başlayıb susdu. Demәk istәyirdi ki,
          Xeqe daha onu istәmir. Amma dilindәn başqa söz çıxdı. – Yox,
          sadәcә, әvvәlki kimi deyil.
             Meşәqıran qeyri-ixtiyari güldü.
             Bu gülüş dәrhal tәsirini göstәrdi. Mattisi hiddәt bürüdü,
          fikirlәri artıq idarә olunmurdu. Bir dә onda ayıldı ki, bu özündәnrazı
          adamın üzünә bütün içini açıb töküb.
             – Gülmәli bir şey yoxdu! Sәn mәn bilәnlәri bilmirsәn!
          Buralarda gәzәn quş haqqında sәn nә bilirsәn axı? Yәqin, heç
          ömrün boyu o gözәllikdә quş da görmәmisәn!  Amma mәn
          görmüşәm! O quş buradaydı. Xeqeyә görә gәlmişdi. Mәn Xeqeni
          yaxşı tanıyıram. Niyә axı sәn buralara gәlib çıxdın?
             Bu cәsarәtindәn Mattis özü dә heyrәtlәndi. İstәyirdi ki, sözlәri
          Yörgeni mәhv etsin, o adam qeyb olsun vә bir dә heç vaxt
          buralarda görünmәsin.
             Amma tәrsinә oldu.
             Yörgen tükü dә tәrpәnmәdәn:
             – Hә, görürsәn dә, gәlib çıxdım, – dedi. – Yeri gәlmişkәn,
          Xeqe özü haradadı?
             Mattis onun otağının qapısını göstәrdi.
             Yörgenin birbaşa ora getdiyini görüb tәlaşla:

                                    279
   274   275   276   277   278   279   280   281   282   283   284